Ürək narahatlıqları gündən-günə sağlamlığımızı daha çox riskə atır. Balanslaşdırılmamış qidalanma nəticəsində tıxanan damarlar ölüm riskini artırır.
Siqaret, həddindən artıq spirtli içki istehlakı, yüksək xolesterin və hərəkətsiz həyat tərzi infarkt üçün böyük risk təşkil edən amillərdir. İnfarkt, toxuma və hüceyrələrə qan axınının məhdudlaşdırılması anlamına gəlir və ürək xəstəlikləri kimi bir çox ciddi problemlərə zəmin hazırlayır. Bitkilər, damarların təmizlənməsi və sağlamlığın qorunması üçün yardımçı ola bilər, ancaq damar tıxanığlığı ciddi narahatlıqdır və mütləq həkim nəzarətində müalicə edilməsi lazımdır.
İndi isə, gəlin təbii üsullarla bu problemin həlləri ilə tanış olaq:
Yaşıl çay
Yaşıl çay, damarlara ziyan verən oksidatif stressi azaldır və damarları təmizləyir. Bu sayədə də ürəyi qoruyur.
Asai üzümü
Xüsusilə xolesterini azaldan bu meyvə qan axınını tarazlaşdırır və bu sayədə ürək üçün çox faydalıdır.
Darçın
Antioksidant mənbəyi olan darçın, qandakı şəkəri salır və bu sayədə damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının qandakı yağ nisbətini 26% nisbətində azaltdığı qeyd edilmişdir.
Badam
E vitamini, həll edilə bilən lif və təkli doymamış yağlar baxımından olduqca zəngin olan badam, tərkibindəki antioksidantlar sayəsində ürəyinizi qoruyur.
Nar
İçərisində saxladığı antioksidantlar sayəsində nar, qan axınını artırır və damarların zəifləməsinin qarşısını alır.
Etiketlər: sayədə, damarlar, qandakı, artırır, damarların, faydalıdır, antioksidantlar, sayəsində, Yaşıl, qoruyur, ciddi, axınını, meyvə, Darçın, darçın, mənbəyi, Antioksidant, azaldan, tarazlaşdırır, ürəyi