• Bu qidalar bağırsaqları təmizləyir

Reseptin məlumatları Baxış sayı: 1127

Tarix : 13.12.2018, 14:00

Bölmə : Qidalanma qaydaları




İmmunitet sisteminin təməli olan hüceyrələrin 70 faizi bağırsaq divarlarında yaşayır. Düzgün olmayan həzm, pis qidalanma, stress, ekoloji toksin maddələri birləşdikdə bağırsaqların sağlamlığına zərər verir. Ancaq qidalanmaya əlavə edəcəyiniz bəzi yeməklər bağırsaqların təmiz olmasını təmin edəcək.

Yaşıl yarpaqlılar
Tünd rəngli, yaşıl yarpaqlılar bol miqdarda lif və mineral ehtiva edir. Eyni zamanda bədəni toksinlərdən təmizləyən antioksidant maddələrə sahibdir. Həzm sisteminizlə bağlı problemlər yaşayırsınızsa, ilk növbədə bişirilmiş tərəvəzlər yeməlisiniz. Bunun səbəbi onların asanlıqla həzm olunmasıdır. Unutmayın, süfrənizdə olan yeməklər hər zaman sağlam yağlardan olsun (zeytun, avokado, kərə yağı). Beləliklə, yaşıl tərəvəzlərinizdə olan vitamin və mineralların əmilməsini artırmış olarsınız.

Chia toxumları
Bu kiçik toxumlar mükəmməl bağırsaq təmizləyicidir. Suda saxlanıldıqda şişərək, əriyərək yumşaq konsistensiya halını alır. Bu isə qəbizlik probleminə qarşı ideal vasitədir. Eyni zamanda, antioksidant və Omega-3 yağ turşusu ehtiva edir. Stəkanın içinə bir az chia toxumu töküb saxlayın. Chia toxumlarını içkilərə və ya salatlara da qata bilərsiniz.

Ədviyyatlar
Razyana toxumu bağırsaqları rahatladır. Nanə də həzm sistemini rahatladır və damar tıxanıqlığının yaranmasına mane olur. Bu ədviyyatlara süfrənizdə yer ayırın.

Qırmızı bibər
Qırmızı bibərin funksiyası təkcə yeməklərə acılıq qatmaq deyil. Eyni zamanda, həzm pozuntularına gətirib çıxaran əlamətləri də yox edir.

Prebiotiklər
Prebiotiklər həzm funksiyasında infeksiyaların bədənə girməsinin qarşısını alır. Prebiotiklər həzm olunmayan liflərdir. Soğan, sarımsaq, alma, badam, banan kimi qidalar prebiotiklərlə zəngin qidalara misaldır.

Probiotiklər
Ağartı məhsulları ferment edilmiş faydalı bakteriyalardır. Dadları bir az turşdur. Qatıq, kefir kimi qidalar probiotiklərə aiddir. Bu qidalar bağırsaqlarınızı faydalı bakteriyalarla zənginləşdirir, mikroblarla mübarizə aparmağa güc verir və daha yaxşı işləməsini təmin edir. Bununla yanaşı, probiotiklərin təbii olanlarına üstünlük verilməlidir.
Etiketlər: Prebiotiklər, zamanda, qidalar, təmin, yeməklər, verir, rahatladır, faydalı, yarpaqlılar, süfrənizdə, antioksidant, ehtiva, yaşıl, bağırsaqların, Qırmızı, toxumu, bağırsaq, deyil, qatmaq, yeməklərə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN