• Hansı rəngli qidalar nəyə xeyirdir?

Reseptin məlumatları Baxış sayı: 2 206

Tarix : 24-12-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Qırmızı rəngli qidalar
Pomidor, qarpız, çiyələk, nar kmi qırmızı rəngli qidaların tərkibində güclü antioksidan var. Xərçəng xəstəliyindən qorunmaq istəyənlərin pəhrizlərində qırmızı rəngli qidalar olmalıdır.

Qoz
Bütün quru meyvələr arasında ən yüksək omeqa 3 və polifenola (çox güclü antioksidan) sahib olan qoz, çəki nəzarətində, ürək xəstəlikləri və xərçəngdən qorunmaq üçün ən təbii vasitədir.

Bənövşəyi rəngli qidalar
Badımcan, qırmızı çuğundur, böyürtkən kimi bənövşəyi rəngli qidalar, qocalmaya təsir edərək gecikdirir.

Yaşıl rəngli qidalar
Kələm, avakado, alça, yaşıl üzüm kimi yaşıl rəngli qidalar, C vitamini və minerallar baxımından çox vacibdir. Hər gün ən azı bir ovuç yeyilməlidir.

Sarı rəngli qidalar
Kök, şaftalı, ərik, balqabaq və xurma kimi sarı rəngli qidalar, immunitet sistemini gücləndirir. Xüsusilə, fəsillər dəyişəndə bizə dəstək olurlar.

Su
Halsızlıq, baş ağrısının səbəbinin çoxu yaddan çıxartdığımız sudan qaynaqlanır. Daha sağlam, formada və enerjili olmaq üçün su içmə vərdişi qazanmalısınız. Gün içində 2 litr su içilməlidir..
Etiketlər: rəngli, qidalar, qırmızı, güclü, qorunmaq, antioksidan, yaşıl, sistemini, immunitet, gücləndirir, Xüsusilə, dəyişəndə, fəsillər, xurma, balqabaq, vitamini, vacibdir, dəstək, yeyilməlidir, minerallar
BİZİ İZLƏYİN