• Meyvə və tərəvəzlərin dondurulma qaydası

Reseptin məlumatları Baxış sayı: 2 409

Tarix : 15-04-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Həmişə təbii, təzə meyvə və tərəvəzdən istifadənin nə qədər vacib olduğunu vurğulayırıq. Müasir dövrdə istənilən fəsildə istənilən meyvəni əldə etmək olar. Lakin unutmayın ki, öz mövsümündə yetişən meyvə daha faydalıdır. Ona görə də mövsümündə tapa bilmədiyiniz meyvəni, əvvəlcədən növbəti mövsüm üçün hazırlayıb istifadə edə bilərik.

Tərəvəzləri dondurmadan əvvəl nələr edilməlidir:
Ən təzə tərəvəzlər seçilməlidir.
Seçilən tərəvəzlər çox təmiz yuyulmalıdır.
Donduracağınız tərəvəzələri çox qaynatmayın.
Qaynatdıqdan dərhal sonra şoklayın (Şoklamaq: tərəvəzləri qaynar sudan çıxaran kimi buzlu bir qabın içərisinə düzmək).
Bundan sonra şokladığınız tərəvəzləri çox yaxşı qurudun.
Havasız paketləyin.
Bu mərhələləri ardıcıl olaraq düzgün şəkildə həyata keçirsəniz donduracağınız tərəvəzlər vitaminlərini daha az itirəcək və gələcək istifadələrinizdə daha faydalı olacaq.

Eynilə tərəvəzlərdə olduğu kimi meyvələri də dondurduğunuz zaman bəzi qaydalara düzgün əməl etməlisiniz. Həmi nqaydaları da aşağıda 4 başlıq şəklində sizə təqdim edirik.

Təzə meyvələri yuyun və qurulayın.
Əgər qabıqlı meyvədirsə soyun.
Böyük meyvədirsə doğtayın (istədiyiniz ölçüdə).
Bunlardan sonra da meyvələri yaxşı yaxşı qurulayın (əgər meyvənin üzərində su qalarsa onun xarab olma ehtimalı artar).
Etiketlər: yaxşı, meyvələri, tərəvəzlər, sonra, istənilən, tərəvəzləri, düzgün, mövsümündə, qurulayın, meyvədirsə, meyvəni, meyvə, gələcək, faydalı, tərəvəzlərdə, olduğu, Eynilə, olacaq, itirəcək, istifadələrinizdə
BİZİ İZLƏYİN