• Müasir insan üçün sağlam qidalanma

Reseptin məlumatları Baxış sayı: 2 665

Tarix : 15-08-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Müasir dövrün ritmində, işgüzar insan üçün sağlam həyat sürmək, xüsusilə də faydalı qidaya fikir vermək çətindir.

Günün 25 saatı
Müasir dövrdə insanın ən böyük problemi vaxt çatışmamazlığı olaraq qalır. Bütün biznes - trainerlər time - menecment haqqında eyni fikirdədir və onlar haqlıdır. Öz vaxtını qənaət etməyi öyrənmək vacibdir. Bütün işlərinizi qeyd dəftərinizə yazın və hansı işləri həyata keçirməyin vacib olduğunu, hansından isə imtina etmək mümkün olduğunu nəzərə alın. İclası məktub yazmaq ilə əvəz etmək mümkündürsə - bunu edin! Yaxınlarınızın köməyindən çəkinməyin. Ailəniz böyükdürsə, onun üzvlərindən biri sizə ev işlərində kömək edə bilər. Siz isə sosial şəbəkələrə az vaxt sərf edin və kifayət gədər yatın.

Belə olduqda azı 20 dəqiqə erkən qalxaraq, həm səhər yeməyini, həm də özünüzlə götürə biləcəyiniz naharı hazırlamağa vaxtınız çatar. Ofisin yanında yerləşən yeməkxanaya qaçmaqdansa, bunun faydalı olduğu ilə razı olarsınız.

Günün əvvəli
Səhər nə ilə qidalandığınızdan asılı olmayaraq, bir neçə saat sonra yenə də yemək istəyirsiniz. Buna görə də yüngül, xeyirli və enerji verici səhər yeməyi hazırlayın. Məsələn, smuzi. Yarım stəkan yoqurt, həmin ölçüdə tez hazır olan yulaf, banan, iydə, qoz və bal - ən xeyirli səhər yeməyidir! Əgər evdə yeməyə çatdırmasanız, özünüzlə işə götürə bilərsiniz. İki hissəyə bölüb, nahar da etmək olar.

Bütün dahi fikirlər sadədir
Xeyirli yeməyin əsas xüsusiyyəti, məhz sadəliyindədir. Quru meyvə ilə qoz qarışığının xeyirli qida olmasından əlavə əsas da doyumlu olmasıdr. Ofis peçenyesi və paket çayı yerinə istənilən aptekdə "protein batonçiki" tapa bilərsiniz. Dadlı olacağından əmin olun. Əlbəttə kəsmik, meyvə və tərəvəzləri unutmayaq. Səhər, tez zamanda salat doğrayıb, limon sıxıb, bununla yemək üçün şirin kökə almaq olar.

Əgər bu azdırsa, toyuğun və ya hind toyuğunun döş ətini suda bişirib, qarnir üçün düyü istifadə edin. Müxtəlif resept və inqredientlər hazırlamaq üçün variant çoxdur və belə olduqda sağlıqlı qidalanma sizi yormayacaq.

Plan
Dadlı bir şey hazırlamaq barədə düşünərək vaxt itirməyin. Naharı axşamdan da seçmək olar. Dadlı və sadə reseptlər kifayət qədərdir və zamanla, özünüz naharı sadə və xeyirli inqredientlərdən hazırlaya biləcəksiniz. Əgər xüsusi bir şey istəyirsinizsə, yatmadan əvvəl hazırlığa başlayıb, səhər tamamlayın.

Əgər heç vaxtınız yoxdursa, sendviç hazırlayın. Buğda çörəyi və ya lavaşı pendir, kəsmik, duzlu qırmızı balıq, qaynadılmış toyuğun döş əti, ton balığı, göyərti və əlbəttə təzə tərəvəzlərlə istifadə edin. Tərkibi sizin seçim və ideyanızdan aslıdır.

süfrem.az
Etiketlər: səhər, xeyirli, etmək, Bütün, Dadlı, vaxtınız, meyvə, yemək, olduğunu, kəsmik, naharı, götürə, özünüzlə, hazırlamaq, Səhər, olduqda, Günün, istifadə, bilərsiniz, toyuğun
BİZİ İZLƏYİN