• 5 ən faydalı qida

Reseptin məlumatları Baxış sayı: 3 745

Tarix : 11-10-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Artıq yaz gəlir. Bu elə bir fəsildir ki, orqanizmdə dəyişikliklər baş verir, halsızlıq, zəiflik meydana gəlir. Problemlərin qarşısını almaq üçün hər şeydən öncə yaxşı və faydalı qidalar qəbul etmək, günlük qida rasionumuza bol vitaminli ərzaqları daxil etməliyik. Məsələn, bu 5 ən faydalı qida kimi.

Limon
Limon C vitamininin ən əsas mənbəyidir. 1 limonun tərkibində insan orqanizmi üçün lazım olan 1 günlük c vitamini var. Təkcə limon deyil, ümumiyyətlə sitrus meyvələr soyuqdəymə, sətəlcəm, qrip kimi xəstəliklərin dərmanıdır. Təzyiqi aşağı salır, immunitetin müdafiə qabiliyyətini artırır , hətta limon xərçəng hüceyrələrinin inkişafına da mane olur.

Brokkoli
Orta ölçülü brokkoli kələmində orqanizm üçün lazım olan bir günlük K vitamini vardır. Bu vitamin sümük birləşdirici, böyrək tənzimləyici funksiyaya sahibdir. Eyni zamanda o 2 günlük C vitamini mənbəyinə sahibdir. Brokkoli xərçəng xəstəliyinin profilaktikası üçün əla vasitədir. İmmuniteti də artırır.

Acı şokolad
Acı şokolad – bu, əsl möcüzədir! Gündə cəmi 7 qram acı şokolad qan təzyiqinin azalmasına, əsəb sisteminin yaxşılaşmasına kömək edəcək. Kalorisi olmağına baxmayaraq kökəltmir.

Qeyd: Acı şokoladın kofein tərkibi yüksək olduğu üçün uşaqlara zərərlidir!

Kartof
Kartof, xüsusilə qırmızı növləri fol turşusuyla zəngindir. Bu isə boy artmaya və yeni hüceyrələrin sağlam inkişafına səbəb olur. Bir şirin kartofun tərkibində 8 sutkalıq A vitamini var ki, o da immun sitemininin bərkiməsinə, xərçəng hüceyrələrlə mübarizə aparmağa kömək edir.

Som balığı
Bu balıq Omeqa 3 – balıq yağının əsl mənbəyidir. Bildiyimiz kimi bu vitamin də depressiya riskini azaldır, xərçəng və ürək xəstəliklərinin qarşısını alır. Həm də o təbii afrodiziakdır (cinsi istəyi artıran qida). 150 qram som balığında bir günlük nikotin turşusu (PP və B3 vitaminləri) var. Bu vitamin isə yaddaş itməsinin və Alsqeymera xəstəliyinin inkişafının qarşısını alır.

süfrem.az
Etiketlər: günlük, vitamini, xərçəng, qarşısını, şokolad, vitamin, lazım, Limon, mənbəyidir, tərkibində, limon, inkişafına, Kartof, balıq, kömək, xəstəliyinin, Brokkoli, artırır, sahibdir, gəlir
BİZİ İZLƏYİN