• Ədviyyatlar üzrə bələdçi

Reseptin məlumatları Baxış sayı: 88

Tarix : 13.10.2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Hər bir Şərq ölkəsinin özünəməxsus ədviyyatları var ki, ta qədim zamandan bu günə kimi yerli sakinlər onlardan müxtəlif yeməklərin hazırlanmasında istifadə edirlər. Bizim duz-istiotdan gündəlik istifadə etdiyimiz kimi bəzi xalqlar da həmin ədviyyatları çox işlədirlər.

Bəzən mağaza piştaxtasında elə ədviyyatlar görürük ki, onların nə olduğu, nə üçün istifadə edildiyini bilmədiyimizdən qarşısından düz keçirik. Amma onlar haqqında azca informasiyamız olsa həmin ədviyyatların nəyə gərəkli və faydalı olduğunu bilsək, dərhal alarıq və müxtəlif reseptlərdə istifadə edərik.
Elə odur ki, biz sizin üçün ədviyyatlardan istifadə ilə bağlı bələdçi rolunu oynayacaq bir material hazırladıq. Buyurun, oxuyun və hansı ədviyyatdan necə istifadə etmək qaydası ilə tanış olun. Bundan sonra yeməkləriniz daha da dadlı və faydalı olar!
İsti süd üçün: zəfəran, darçın, kardamon.

Ət üçün: oreqano, qara, qırmızı və ya ətirli istiot, soğan, mixək, sarıkök, mərzə, kəklikotu, zirə.

Soba yeməkləri üçün: vanil, mixək, darçın, küncüt, badyan, cirə, zəncəfil, sitrus qabığı, ətirli istiot, kardamon.

Toyuq əti üçün: reyhan, kəklikotu, mərzə, sürvə, rozmarin.

Paştetlər üçün: kardamon, ağ istiot, zəncəfil, darçın, badyan, dəfnə yarpağı, mixək.

Balıq üçün: kəklikotu, dəfnə yarpağı, şüyüd, ağ istiot, xardal, zəncəfil, çili, ətirli istiot, keşniş (kinza), soğan.

Kompotlar üçün: darçın, badyan, zəncəfil, kardamon.

Qril üçün: çili, qırmızı istiot, zəncəfil, ətirli istiot, zirə, kardamon, cövüz, kəklikotu, mərzə.

Marinad üçün: şüyüd çiçəkləri, dəfnə yarpağı, mixək, ardıc.

Ov quşları üçün: ardıc, kəklikotu, qırmızı istiot, qaraqınıq, qırmızı və ətirli istiot.

Paxlakimilər üçün: keşniş, adi cirə, nanə, istiot, zəncəfil.

Raqu üçün: mixək, qırmızı istiot, cövüz, zəncəfil, ətirli istiot, sarıkök, qara istiot, keşniş, zirə, xardal, kardamon.

Kartof üçün: keşniş, köri, asafetida.

Kələm üçün: qara xardal toxumu, keşniş, adi cirə, razyana.

süfrem.az

Etiketlər: istiot, zəncəfil, istifadə, kardamon, ətirli, mixək, kəklikotu, qırmızı, keşniş, darçın, dəfnə, yarpağı, xardal, mərzə, badyan, soğan, sarıkök, faydalı, şüyüd, ardıc
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica