• Əzələ kütləsi üçün 10 əsas qida

Reseptin məlumatları Baxış sayı: 6 066

Tarix : 23-10-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Siz artıq yaya hazırlaşmağa başlamısınız? Deyə bilərsiniz ki, hələ yaya çox var. Amma nə olsun ki, bu hazırlığa elə əvvəlcədən başlamaq lazımdır. Əgər yayda gözəl və cazibəli görünmək üçün indidən idman məşqlərinə yazılmısınızsa, bu yazı məhz sizin üçündür! İdmanla birlikdə əzələ inkişafına kömək eədəcək 10 qidanı da unutmayın.

Kəsmik
Kəsmik – əzələ kütləsinin böyüməsi üçün ən lazımi məhsullardan biridir. 150 qram kəsmik sizin orqanizminizə 22 qram zülal bəxş edəcək. Həmçinin o "sürətli" və “yavaş” zülalların kombinasiyasından ibarətdir.

Qızılbalıq
Bu balıq zülal və Omeqa-3 yağı ilə zəngindir. Mütəmadi olaraq, qızılbalıqla qidalananlarda əzələ yaxşı inkişaf edir və metabolizma sürətlənir.

Yulaf
Əgər siz sağlam həyat tərzi keçirməyi qərara almısıznsa, yulaf yarması mütləq sizin yanınızda olmalıdır. Yulaf dənləri özündə karbohidratları, sellülozu, zülalı, mineralları və vitaminləri birləşdirir.

Qarabaşaq
Bu dənli bitki zülalla zəngin olan ən faydalı qidalardandır. Əzələ inkişafı üçün əvəzsiz olan qarabaşaq hər 100 qramında 18 qram proteinə malikir. Ona görə də qarabaşaq pəhriz menyusunda mütləq şəkildə yer almalıdır.

Mal əti
Bu qida sadəcə keyfiyyətli zülalın əsl mənbəyidir!

Balıq yağı
Balıq yağı özünün soyuqdəymə əleyhinə olan xüsusiyyəti sayəsində ağır məşqlərdən sonra orqanizmi bərpa etməyə kömək edir.

Hinduşka
Roasted turkey garnished with cranberries on a rustic style table decoraded with pumpkins, gourds, asparagus, brussel sprouts, baked vegetables, pie, flowers, and candles.
Hinduşka zülal və 11 vitamin-mineral mənbəyidir. Bu möcüzəvi qida haqqında başa sözə gərək yoxdur!

Toyuğun döş əti
100 qram döş əti sizin orqanizminizə 22 qram zülal verərək, əzələ böyüməsinə kömək edəcək! Onu da qeyd edək ki, bu məhsulun tərkibində çox az miqdarda yağ var.

Su
Gün ərzində çoxlu su qəbul etmək orqanizmin gücünü bərpa edir, enerji səviyyəsini qaldırır. Əbəs yerə deyilməyib ki, su həyat mənbəyidir!

Yumurta
Əzələ kütləsini artırmaq üçün sizin qəbul edəcəyiniz daha bir qida yumurtadır. 1 ədəd yumurta çox böyük miqdarda – 6 qram zülala malikdir, həmçinin vitaminlər, sink, dəmir və kalsi ilə zəngindir. Buna görə də onu qida rasionuna salmaq vacibdir.

süfrem.az
Etiketlər: sizin, əzələ, zülal, kömək, mənbəyidir, bərpa, qəbul, Kəsmik, miqdarda, Yulaf, zəngindir, həyat, edəcək, orqanizminizə, mütləq, Hinduşka, qarabaşaq, Balıq, Əzələ, table
BİZİ İZLƏYİN