• Alimlər ömrü uzadan məhsulu açıqladı

Reseptin məlumatları Baxış sayı: 2 343

Tarix : 4-02-2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Britaniya və Yeni Zelandiya alimləri müəyyənləşdirib ki, sellülozla zəngin məhsulların istifadəsi ürək-damar, diabet, xərçəng, insult və digər bir çox xəstəliklərin inkişaf riskini xeyli azaldır.

Yeni Zelandiyanın Otaqo Universiteti ilə Britaniyanın Dandi Universitetinin ekspertləri məlumat verib ki, gün ərzində 25-30 qram sellüloza qəbulu ürək və daxili orqanlarla bağlı bir çox xəstəliklərin inkişaf riskini azaldır.

“Lancet” elmi jurnalda qeyd edilib ki, insanlar gündəlik qida rasionunda lifli məhsullara az yer verdiyi üçün əziyyət çəkir. Bu da aşağı kalorili pəhrizlərin dəbdə olması və müasir dövrün qidalanması ilə bağlıdır.

Sellüloz mürəkkəb karbohidratdır. Daha çox yulaf, qara çörək, kartof, kök, mərci və almada var. Qeyd olunur ki, həmin məhsulları təzə və ya suda az bişirilmiş halda yemək olar, amma heç bir halda qızartmaq olmaz. Həm də vurğulanıb ki, bütün taxılları yemək faydalıdır, nəinki lopa və digər emal olunmuş dənli bitkilər.

Alimlərin nəticələri 58 klinik sınaq, 185 analiz və 4635 iştirakçı üzərində aparılan elmi təhlil əsasında əldə edilib. Araşdırma nəticələrinə görə, sellüloza ölüm riskini 15-30% aralığında azaldıb.
Etiketlər: riskini, azaldır, inkişaf, edilib, halda, sellüloza, yemək, digər, xəstəliklərin, bişirilmiş, məhsulları, Sellüloz, bağlıdır, qidalanması, dövrün, olmaz, qızartmaq, həmin, mürəkkəb, çörəkotunun
BİZİ İZLƏYİN