• Yumurta sarısını tez-tez qəbul edin - Nevroloqlardan çağırış

Reseptin məlumatları Baxış sayı: 1127

Tarix : 7.02.2019, 14:00

Bölmə : Qidalanma qaydaları




Arizona universitetinin nevroloqları insanlara qida rasionunda xolinin səviyyəsinin normada olmasına diqqət yetirməyə səslənib.

Hamilə qadınlar gündə minimum 500 mq xolin qəbul etməlidirlər. Bu birləşmə sinir hüceyrələri arasında impulsların ötürülməsi üçün vacibdir.

Xolin bütünlükdə sinir sistemi üçün dayaq rolunu oynayır.

Xolin daha çox yumurta sarısında, mal qaraciyərində, ətdə, balıqda, süddə, pendirdə olur. Az miqdarda araxis, pomidor, kök, kələmdə var.

Siçanlar üzərində aparılan təcrübə göstərib ki, Alzheymer xəstəliyinin qarşısının alınmasında xolin rol oynayır. Hamiləlik dönəmində xolinlə zəngin qidalar yeyən siçanların balalarında yaddaş daha güclü olmuşdur.

Bu effekt hətta nəsildən-nəsilə də ötürülüb.

Xolin beyində toksiki çöküntülərin də olmasının qarşısını alır. Beyni ziyanlı maddələrdən təmizləyir. Ona görə xolinlə tam təmin olunmağınıza çalışın.
Etiketlər: Xolin, xolinlə, oynayır, xolin, sinir, olunmağınıza, dönəmində, çalışın, zəngin, qidalar, siçanların, yeyən, təmin, Hamiləlik, alınmasında, təcrübə, aparılan, üzərində, göstərib, Alzheymer
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN