• Kələm turşusunun sağlamlıq üçün 5 mühüm faydası

Reseptin məlumatları Baxış sayı: 181

Tarix : 18.02.2019, 14:00

Bölmə : Qidalanma qaydaları




Kələm turşusu qışın ən populyar məhsuludur. Kələm turşusu sağlamlığımız üçün olduqca vacib probiotik, prebiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngindir.

Kələm turşusu əsl müalicəvi məhsuldur.

1. Bağırsaqların sağlamlığını qoruyur

Kələm turşusu həm probiotik, həm də prebiotiklərlə zəngindir. Kələmin tərkibində olan probiotiklər (lakto- və bifido bakteriyalar) bağırsaqların mikroflorasını yaxşılaşdırır, ziyanlı mikrofloranın miqdarını azaldır. Prebiotiklər isə faydalı mikrofloranın qorunması və çoxalmasını təmin edir.

Həmçinin qıdalı liflərlə zəngin olan kələm turşusu bağırsaqların normal fəsliyyətini təmin edir, qəbizliyin qarşısını alır.

2. Xolesterinin səviyyəsini aşağı salır
Qidalı liflərin sayəsində kələm turşusu xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damarların sağlamlığını qoruyur.

3. İmmun sistemini möhkəmləndirir
Bağırsaqların sağlam mikroflorası güclü immunitetin əsas şərtidir.

Bağırsaqların mikroflorasını yaxşılaşdırmaqla kələm turşusu immun sistemini də möhkəmləndirir, virus və infeksiya xəstəliklərinin riskini azaldır.

4. Damarları möhkəmləndirir
C vitamini ilə zəngin olduğundan kələm turşusu damarlar üçün çox faydalıdır. C vitamini damarların divarlarını möhkəmləndirir, damarların elastikliyini artırır, damarların partlaması riskini azaldır.

5. Arıqlamağa kömək edir
Qidalı liflər və tartron turşusu sayəsində kələm piylərin orqanizmdə yığılmasına mane olur, arıqlamağa kömək edir.
loading...

Etiketlər: turşusu, kələm, damarların, möhkəmləndirir, Kələm, Bağırsaqların, azaldır, mikrofloranın, mikroflorasını, riskini, sayəsində, təmin, zəngin, salır, Qidalı, aşağı, səviyyəsini, sistemini, vitamini, bağırsaqların
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN