• Soyuqdəymədən qorunmaq üçün mütləq bu şorbadan içməlisiniz

Reseptin məlumatları Baxış sayı: 2 074

Tarix : 24-02-2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Soyuq havalarda xəstələnmək istəmir, yaxud da xəstəliyi yüngül keçirmək istəyirsinizsə, menyunuza toyuq şorbasını daxil edin.

Toyuq suyu soyuqdəyməyə qarşı əsl şəfa mənbəyidir. Toyuq şorbasının içərisində olan maddələr xəstəliklə mübarizə aparan immun hüceyrələrinin sintezini artırır.

Araşdırmalar göstərir ki, toyuq suyu insan vücudunda hüceyrələrin böyüməsi və bərpası üçün lazım olan zəngin amin turşusu qaynağıdır. Amin turşusu mövsüm ərzində bədəni soyuqdəymə və digər xəstəliklərə qarşı qoruyur.

Soyuqdəymə zamanı insan çox tərləyir ki, bu da orqanizmdə susuzlaşmaya səbəb ola bilər. Belə vəziyyətdə daha çox maye qəbul etmək lazımdır. Bu baxımdan toyuq suyu şorbası insanların su ehtiyaclarını qarşılayır və həmçinin toksik maddələrin bədəndən çıxarılmasına kömək edir.

Toyuq suyu boğaz ağrısını azaldır, bəlğəmin nəfəs yollarından çıxmasını asanlaşdırır.

Bədənə enerji verən toyuq suyuna müxtəlif tərəvəzlər əlavə etdikdə onun faydası ikiqat çoxalır.
Etiketlər: toyuq, Toyuq, turşusu, qarşı, insan, insanların, şorbası, qarşılayır, bədəndən, maddələrin, toksik, həmçinin, ehtiyaclarını, lazımdır, səbəb, susuzlaşmaya, orqanizmdə, tərləyir, bilər, vəziyyətdə
BİZİ İZLƏYİN