• Xaşın sağlamlıq üçün inanılmaz FAYDALARI

Reseptin məlumatları Baxış sayı: 2 208

Tarix : 26-02-2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən yeməklərindən biridir.

Belə hesab olunur ki, xaşın əsas faydası sümükləri möhkəmləndirməkdir. Bu səbəbdən sümük sınıqları zamanı xaş "müalicəvi qida" sayılır. Lakin mütəxəssislər bu fikirlə razı deyil. Xaşın tərkibində sümüklərin əsas "tikinti materialı" olan kalsium azdır. Lakin məyus olmayın. Bir çoxların sevimli yeməyi olan xaşın sağlamlığımız üçün daha da vacib faydaları var.


- Xaş orqanizmə güc verir, orqanizmi möhkəmləndirir, zəifliyi aradan qaldırır.

- Xaş beyin üçün ən faydalı yeməklərdən biridir. Onun tərkibində B qrupu vitaminləri, qlisin və polidoymamış yağlı turşular var. Bu maddələr beyinin sağlamlığını və normal fəaliyyəti üçün olduqca vacibdir.

- Xaşın tərkibində olan qlisin aminturşusu stresi və gərginliyi azaldır, sakitləşdirir, yuxunu tənzimləyir.

- B qrupu vitaminləri ilə zəngin olan xaşın qanazlığından əziyyət çəkənlərə də faydası var.

- Xaşın tərkibində olan kollagen dərini, birləşdirici toxumaları, bağ və oynaqları sağlam və cavan edir.

Oynaq problemləri, osteoxondroz kimi pozulmaları olan insanlar mütləq xaş yeməlidir. Xaş oynaqların və fəqərə arası diklərin dağılmasını ləngidir.

- Kökəlmək istəyirsinizsə, xaş yeyin.

- Xaşın tərkibində olan lizin aminturşusu kalsiumun mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, damarları genişləndirir.

- Xaş saçları daha sağlam edir, onların uzanmasını sürətləndirir.

Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq xaş kifəyət qədər "ağır" yemək olduğunda onu tez-tez və çox yemək tövsiyə edimir.
Etiketlər: tərkibində, Xaşın, xaşın, faydalı, sağlam, Lakin, qrupu, vitaminləri, qlisin, möhkəmləndirir, aminturşusu, biridir, faydası, yemək, mütləq, yeməlidir, pozulmaları, osteoxondroz, problemləri, Oynaq
BİZİ İZLƏYİN