• İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul

Reseptin məlumatları Baxış sayı: 150

Tarix : 7.03.2019, 14:00

Bölmə : Qidalanma qaydaları




Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır.

Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

1. Toyuq bulyonu
Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.

2. Süd məhsulları (qatıq, kəsmik, kefir, təbii yoqurt)
Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bağırsaq mikroflorası immun sisteminin normal fəaliyyəti üçün ən vacib şərtlərindən biridir. Bu səbəbdən mütəxəssislər qripp və soyuqdəymə fəsillərində qidalanmada süd məhsullarının miqdarını artırmağı tövsiyə edir.

3. Yağlı balıq
Balığın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı azaldır, iltihabın yayılmasının qarşısını alır, immuniteti aktivləşdirir.

Etiketlər: məhsulları, soyuqdəymə, tərkibində, azaldır, kömək, immuniteti, yaxşı, xəstəliklərinin, fəsillərində, immun, təbii, sisteminin, mikroflorasını, yaxşılaşdırır, Bağırsaq, normal, fəaliyyəti, mikroflorası, kefir, sağalmanı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN