• İmmuniteti möhkəmləndiririk. 6 sadə məsləhət

Reseptin məlumatları Baxış sayı: 36

Tarix : 13.03.2019, 14:00

Bölmə : Qidalanma qaydaları




İnsanın immun sistemi mükəmməl bir sistemdir. Güclü immunitet insanı istənilən xəstəlikdən qoruya bilər.

Hər gün insanın orqanizminə hava, su, qida ilə milyonlarla müxtəlif mikroblar, viruslar, göbələklər daxil olur. İmmun sistemi isə onları zərərsizləşdirir və nəticədə insan xəstələnmir. Hər gün bizim orqanizmdə xərçəng hüceyrələri yaranır. İmmun sistemi isə onları zərərsizləşdirir.

Həkimlərin fikirinə görə, immunitetin səviyyəsi insanın irsiyyətindən (50%) və həyat tərzindən (50%) asılıdır. İrsiyyəti dəyişmək mümkün olmasa da, həyat tərzini dəyişmək mümkündür. İmmun sisteminin normal fəaliyyəti üçün bu sadə qaydalara əməl edin:

1. Düzgün qidalanın. Meyvə-tərəvəz, göyərti, süd məhsulları, qoz-fındıq, balıq, paxlalılar (noxud, lobya, mərci), bitki yağları immun sisteminin normal fəaliyyəti üçün ən vacib məhsullar sayılır. Əksinə çoxlu miqdarda şirniyyatların, şəkərin qəbulu immun sisteminə çox mənfi təsir edir.

Uzunmüddətli pəhrizlər immun sistemini zəiflədir.

2. Kifayət qədər yatın və dincəlin. Xroniki yorğunluq, yuxusuzluq insanın immun sisteminə mənfi təsir edir.

3. Stresdən uzaq olun. Xroniki stress bir çox xəstəliklər və pozulmaların (o cümlədən xərçəng xəstəliklərinin) risk faktoru sayılır. Bu səbəbdən mümkün qədər stress vəziyyətlərindən qaçın.

4. Hər gün ən azı 30 dəqiqə açıq havada gəzin.

5. Orqanizmdə olan xroniki infeksiya ocaqları (kariesli dişlər, xroniki tonzillit, xroniki haymorit və s.) immun sistemini zəiflədir. Bu səbəbdən belə infeksiya ocaqlarını mütləq və vaxtında müalicə etmək lazımdır.

6. Havaya uyğun geyinin, özünüzü soyuqdan qoruyun. Soyuqlama immun sisteminin kəskin zəifləməsinə səbəb olur.

Etiketlər: immun, insanın, xroniki, İmmun, sisteminin, sistemi, dəyişmək, Xroniki, onları, normal, fəaliyyəti, infeksiya, stress, qədər, zərərsizləşdirir, zəiflədir, sisteminə, mənfi, sayılır, mümkün
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica