• Keyfiyyətli əti necə seçək?

Reseptin məlumatları Baxış sayı: 140

Tarix : 14.07.2019, 14:00

Bölmə : Qidalanma qaydaları




Azərbaycanda insanların istifadə etdiyi qidalar sırasında ət məhsulları üstünlük təşkil edir. Bəs keyfiyyətli və təzə əti necə seçmək olar.

Ətin təzə olduğunu rəngi, görünüşü, qoxusu, dərialtı piy və iliyin vəziyyəti, hazırlanan bulyon və bişdikdən sonra keyfiyyətindən bilmək olur.

Qoçun və arıq qoyunun əti daha bərk olur. Qara qoyunun əti çox dadlıdır. Sarı rəngli cavan, iri qoyunun ətinin qida dəyəri yüksək və yağlı olduğu üçün dadlı olur. Ala quzunun əti daha dadsızdır və həzm olunması çətindir.

Yalnız təzə ət alın. Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır. Yaxşı mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd olur.

Ətin rəngi tünd qırmızıdırsa, bu, o deməkdir ki, heyvan qoca olub. Belə ətin dadı yaxşı olmur. Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin piyi isə krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.

Dondurulmuş ətin keyfiyyətli olub-olmadığını təyin etmək bir az çətindir. Eyni zamanda, dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.

Ətə əl vurduqda çox yumşaq, boş olmamalıdır. Yaxşı ət quru olur, ələ yapışmır, selikli olmur.

Ən yaxşısı heyvanın yanında kəsilməsidir. Beləcə, ətin təzə və keyfiyyətli olmasına heç bir şübhə olmur.

Etiketlər: Yaxşı, olmur, ətinin, keyfiyyətli, qoyunun, rəngi, rəngdə, dadlı, çətindir, faydalı, qoyun, saxlanılır, rəngində, olmalıdır, heyvanların, qırmızı, yaxşı, Dondurulmuş, qırmızıdırsa, deməkdir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN