• Çörək nə qədər yeyilməlidir?

Reseptin məlumatları Baxış sayı: 27 525

Tarix : 2-06-2014, 04:30

Bölmə : Qidalanma qaydaları


Çörək yeməkdən özümüzü saxlaya bilmirsiniz? Amma çörək yeməsək sağlamlığımıza bir zərəri ola? Gündə ən çox neçə dilim çörək yeməliyik? Dr. Ayça Kaya çörəklə əlaqədar bizi çraqlandıran sualları cavablayıb.

İnsanın həyatında çörək olmalıdır?
Çörək insana ən fundamental ehtiyacı olan şəkəri verər. Bir insanın orqanlarının və hüceyrələrinin işləməsi, təməl yanacaq maddəsi olan şəkərə bağlıdır və çörək bunun ən ucuz, ən təmin edilə bilər və ən çatıla bilər qaynaqlarından biridir. Çörək buğdadan hazırlandığı üçün əgər tam buğda unundan edilmişdirsə, buğdanın sahib olduğu B qrupu vitaminlər və lif baxımından zəngin olar.

Bu gün satılan çörəklərin bədənə faydası var? Zərərləri nələrdir?
Bu gün satılan ağ çörəklər hazırlanarkən istifadə edilən unlar, buğdanın yaxşıca üyüdülməsi edilməsi ilə əldə edilir. Bu əməliyyatlar əsnasında buğda, kəpəyindən, qabığından ayırd ediyir. Yəni çörək ağ olsun deyə bütün faydalı qisimləri atılır. Bundan başqa çörəklər daha ağ olsun deyə bəzilərinin içlərinə ağardıcı xüsusiyyəti olan maddələr əlavə oluna bilər. Nəticədə təbii bir şey yemək varkən tamamilə kimyəvi bir maddə yemiş oluruq. Bu çörəklərin bədənə yalnız enerji təmin etmək kimi bir təsiri var. Heç bir vitamin və mineral ehtiva etmir. Bir mənada boş kalori deyə bilərik.

Ağ çörək yedikcə təkrar acımanın səbəbi nədir?
Ağ çörək sadə şəkər məzmunu yüksək bir qida maddəsidir. Şəkər bədənə daxil olduqda ilk olaraq insülin hormon sekresiyasını artırar. İnsülin bədəndə şəkəri istifadə edən hormondur. Ağ çörəyi ilk yediyimizdə insülin sürətli sekresiyalanar, şəkəri hüceyrə içində istifadə edər. Şəkər istifadə edildikdən sonra, insülin dərhal mühitdən çəkilə bilməyəcəyi üçün, bədənə yeni şəkər istər, yəni şəkər düşməsi, hipoglisemi edər. Bu da daha çox acıma, çətin doyma, yeməkdən sonra yuxu gəlməsi, şirniyyat düşkünlüyü şəklində özünü göstərər.

Tam taxılın faydaları, un olduğunda da etibarlıdır?
Tam taxılın xüsusiyyətləri un olduğunda da etibarlıdır.

Gündə ən çox neçə dilim çörək yeyilməlidir?
Gündəlik çörək ehtiyacı, adamın yaşına, boyuna və xəstəliklərinə görə dəyişər. Biz cəmiyyət olaraq bilmədən çox çörək yeyirik. Çörəyi səhv yeyirik. Çörəkdən qorxuruq.
Çörək qidalanmada taxıl qrupu yeməklərdəndir. Taxıl qrupu digər yeməklərə baxdığımızda; plov, makaron, börək, şorba, şabalıd, misir, kartof çörək yerinə keçən karbonhidratlardır. Bəlkə heç çörək yemirik, amma bir qab şorba içdiyimizdə, bir qab plov yediyimizdə və ya iki dənə dolma yediyimizdə də qat- qat çörək yeyirik mənasına gəlir. Heç çörək yemədən kilo almanın səbəbi də bilmədən yüksək miqdarda taxıl qəbul etməkdir.

Çörək yeməyən bir insanın nə itkisi ola bilər?
İnsan heç çörək yemirsə, ancaq çörək yerinə keçə biləcək taxıl qrupu yeməklərdən yeyirsə; qarğıdalı, kartof, plov, şorba, börək kimi, hər hansı bir itkisi olmaz.

Çörək yerinə insanlar doyma hissini artırmaq üçün hansı qidanlara yönə bilərlər?
Əgər balanslı qidalanma edilsə, insanlar doyar. Bunun içində qabınızı dördə bölün. Qabınızın ¼'ü taxıl qrupu yeməklərdən ibarət olsun; çörək, plov, makaron, şorba və ya kartof. ¼'ü et qrupu yeməklərdən ibarət olsun; ət, toyuq, balıq, yumurta və ya pendir. ¼'ü tərəvəz və salatdan meydana gəlsin. Qalan ¼'ü də qatıq və ya ayrandan meydana gəlsin.
Etiketlər: çörək, Çörək, qrupu, bədənə, şorba, bilər, olsun, istifadə, taxıl, şəkər, yerinə, yeməklərdən, insülin, kartof, yeyirik, şəkəri, yediyimizdə, hansı, bilmədən, gəlsin
BİZİ İZLƏYİN