• Həftədə iki dəfə hinduşka əti yeyin

Reseptin məlumatları Baxış sayı: 20 281

Tarix : 28-04-2015, 13:00

Bölmə : Qidalanma qaydaları


Mütəxəssislər ləzzətli və olduqca faydalı olan hinduşka ətini həftədə iki gün yeməyi məsləhət görür.

Qan azlığından şikayəti olan insanlar dəmirlə zəngin qidalarla qidalanmalıdır. Qırmızı ət protein və dəmirlə olduqca zəngindir. Həftədə iki dəfə yemək lazımdır. Qırmızı ətdən sonra yeyilməsi məsləhət görülən bir digər qida da hinduşka ətidir. Hinduşka ətinin də dəmir mineralı ilə zəngin olduğu deyilir.

Hinduşka ətində xolesterol səviyyəsi də olduqca azdır. Anemiya şikayəti olanlar qırmızı ət çox yeyəndə nəticədə qanda xolesterol səviyyəsi də artır.

Hinduşka əti toyuq ətinə nisbətən dəmir mineralı ilə çox zəngindir. Hindişkanın döş əti və bud ətini sobada, qazanda şəklində bişirib yeyə bilərsiz.
Etiketlər: olduqca, Hinduşka, şikayəti, dəmirlə, Qırmızı, zəngindir, xolesterol, zəngin, səviyyəsi, məsləhət, dəmir, mineralı, ətini, hinduşka, nəticədə, yeyəndə, qırmızı, ətində, Anemiya, olanlar
BİZİ İZLƏYİN