• Soyuq havanın isti qidaları

Reseptin məlumatları Baxış sayı: 10521

Tarix : 15.06.2015, 11:00

Bölmə : Qidalanma qaydaları




Soyuq havanın ağır fəsadlarından qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil. Geyimlə yanaşı düzgün qidalanma bu məsələdə vacib şərtlərdən biridir. Soyuq havada hansı qidalara və içkilərə üstünlük verilməlidir?

1. Şorbalar. Mütləq şəkildə ailə menyunuzda duru xörəklər olmalıdır. Şorbalar bədəni qızdırır, orqanizmin normal temperaturunu təmin edir. Daha çox çuğundur, kök, kartof və kələmlə hazırlanmış şorbalara üstünlük verilməlidir.

2. Ət məhsulları. Soyuq havada ət məhsullarını, xüsusilə qoyun və hinduşka ətini ən yaxşı qida məhsulu saymaq olar. Ətdə olan zülal enerjini artırır, hinduşka ətində olan triptofan isə qış və soyuq hava stressinə qarşı ən yaxşı vasitədir. Pəhriz saxlayanlar hazırki soyuq havalarda bir neçə günlüyə pəhrizlərini dayandıra bilərlər.

3. Ədviyyatlar. Darçın, zəncəfil, süyüd, istiot kimi ədviyyatlar yeməklərə xüsusi dad verməklə yanaşı soyuq havalarda köməyə çatan ən təsirli vasitələrdir. Belə ki, bu ədviyyatların tərkibindəki maddələr qan dövranını yaxşılaşdırır və bunun nəticəsində də orqanizmdə istilik yaranır. Soyuq havalarda nanə, zəncəfil, keşnişdən istifadə etmək məsləhət görülmür. Çünki bu ədvalar orqanizmə soyuducu təsir göstərir.

4. Meyvələr. Soyuq havalarda daha çox şirin meyvələrə, üzüm, banan, armud və şirin almaya üstünlük verilməlidir. Sitrus meyvələri, xüsusilə portağal və narıngi əks effekti verir. Bu meyvələrin həvəskarları müvəqqəti olaraq sitrus bitkilərindən imtina etməlidirlər.

5. Qara çay. Yəqin ki, heç kim soyuq qış günlərində pürrəngi qara çaydan imtina etməz. Qara çay damarları genişləndirmək və bədənin temperaturunu artırmaq xüsusiyyətinə malikdir.

Özünüzü soyuq havalardan qoruyun ki, qarşıdan gələn baharı, ilıq nəfəsli yaz günlərini sağlam və gümrah qarşılaya biləsiniz.

Etiketlər: Soyuq, soyuq, havalarda, verilməlidir, üstünlük, hinduşka, imtina, havada, şirin, temperaturunu, Şorbalar, zəncəfil, xüsusilə, yaxşı, yanaşı, Meyvələr, təsir, göstərir, tərkibindəki, meyvələrə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN