• Hansı tərəvəzlər çiy yoxsa bişmiş halda faydalıdır?

Reseptin məlumatları Baxış sayı: 9747

Tarix : 26.06.2015, 12:00

Bölmə : Qidalanma qaydaları




Bəzi tərəvəzləri bişirdikdə qida dəyəri azalır. Bəzilərini isə bişirib yemək daha faydalıdır. Bəs, hansı tərəvəzi necə yeməli?

İndi baxaq hansı tərəvəzlər çiy hansı tərəvəzlər bişmiş daha xeyirlidir buyurun baxaq.

Pomidor – Bişmiş
Qulağa qəribə gələ bilər, amma pomidor bişiriləndə daha faydalı olan tərəvəzlərdən biridir. Pomidor bişiriləndə hüceyrələrə bölünür və beləliklə, orqanizm qidanı daha yaxşı sorur. Tərkibindəki likopen xərçənglə mübarizə aparır.

Brokkoli – Çiy
Xərçəng hüceyrələrinin çoxalmasını dayandıran gül kələmi çiy olanda daha faydalıdır. Çünki temperatur artdıqca brokkolinin tərkibindəki maddələrin faydaları azalır. Bu səbəbdən brokkolini buxarda bişirib yemək məsləhət görülür.

Yerkökü - Bişmiş
Adətən, çiy yeyilən yerkökü bişirdikdə daha faydalı olur.

İspanaq - Çiy
Kalium, maqnezium, kalsiumla zəngin olan ispanaq sümük inkişafı ilə yanaşı, immunitet sistemini də gücləndirir. Bundan əlavə, A və C vitaminləriylə zəngin olan ispanağın faydalarını görə bilmək üçün çiy halda yemək lazımdır.

Brüssel kələmi - Az bişmiş
Bədxassəli şişlərə qarşı mübarizə aparan brüssel kələmi, xüsusilə C, B6 vitaminləri və fol turşu baxımından olduqca zəngindir. Qida dəyərini itirməməsi üçün orta hesabla 5 dəqiqə buxarda bişirilərək yeyilməsi təklif edilir.

Qırmızı bibər - Çiy
Qırmızı istiot C vitamini anbarıdır. Və bu C vitamini istiliyə dözümsüz olduğundan çiy halda yeyilməlidir.

Kələm - Bişmiş
Kələm B və C vitamini mənbəyidir. Bişirib yeyiləndə tərkibindəki kalsium sümükləri və dişləri möhkəmləndirir.

Kahı – Çiy
Kahı dərinin gəncliyini qoruyan, eyni zamanda da immunitet sistemini möhkənləndirən A və C vitaminləri ilə zəngindir. Bişiriləndə C vitamini faydasını itirdiyi üçün çiy yeyilməsi təklif edilir.

Sarımsaq
Sarımsağa ətir və dad verən allisin maddəsi dünyanın ən güclü antioksidantıdır. Sarımsaq çiy yeyiləndə daha faydalı olur. Aparılan araşdırmalarda ehtiva etdiyi bu maddə sayəsində xərçəng hüceyrələrini 24 saatda öldürdüyü göstərilib.
loading...

Etiketlər: vitamini, kələmi, faydalı, Bişmiş, yemək, hansı, mübarizə, Kələm, bişiriləndə, zəngindir, Qırmızı, sistemini, immunitet, Sarımsaq, təklif, zəngin, edilir, yeyilməsi, buxarda, azalır
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN