• Şəkərli diabetin təbii dərmanı

Reseptin məlumatları Baxış sayı: 20 134

Tarix : 2-07-2015, 10:00

Bölmə : Qidalanma qaydaları


Sarımsaq:
Təbii antioksidant olan sarımsağın faydalarını saymaqla qurtarmaq olmaz.
Qara ciyərin dostudur.
Qanı təmizləyir
Tansiyonu tənzimləyir.
Sarımsaq qan şəkərinin miqdarını düşürdür və pankreaz vəzisində insulin ifrazatını artırır. Buna görə də xüsusi ilə şəkərli diabet xəstələrinin gündə 3 diş sarımsaq istifadə etmələri məsləhət görülür.

Süd:
Südün tərkibindəki yağ turşularının qan şəkərini düşürtmə xüsusiyyəti var.
Hər səhər və axşam içilən bir stəkan süd, qan şəkərini düşürdən ən yaxşı köməkçi vasitələrdən biridir.

Enginar:
Qanın tərkibində qan şəkərinin yüksəlməsinin qarşısını almaqla yanaşı, eyni zamanda tarazlayır. Buna görə də enginar şəkərli diabet xəstələrinin mətbəxində mütləq olmalıdır.
Enginarın bununla yanaşı xərçəng xəstəliyinə qarşı yaxşı bir qoruyucu vasitə olduğu da bilinməkdədir.

Darçın:
Darçın qanda qan şəkərinin miqdarını düşürdür və insulin ifrazını artırır.
Şəkərli diabet xəstələri üçün təbii bir dərman kimidir.
Qabıqlı darçını dəmlənən çaya əlavə etməklə ehtiyac olan qədər qəbul etmiş olarsınız.

Lobya:
Lobya, qlisemik indeksi ən aşağı səviyyədə olan qidadır. Buna görə də lobya qəbul edildiyində qan şəkəri yüksəlməz və tarazlıqda qalır.
Bu xüsusiyyətinə görə lobya şəkərli diabet xəstələrinin ən vacib qidalarından biridir.

Yer fıstığı:
Yer fıstığı qan şəkərinə müsbət təsir göstərir.
Xüsusi ilə yer fıstığı əzməsi, qan şəkərinin səviyyəsini düşürtmə qabiliyyətinə malikdir. Ancaq bunun üçün çox istifadə etməyə ehtiyac yoxdur. Gündə bir yemək qaşığı yer fıstığı əzməsi kifayətdir.

Çay:
Aparılan araşdırmalara görə qara çayın qan şəkərini düşürtmə xüsusiyyətinin olduğu ortaya çıxmışdır.
Bunun üçün gündə 3 fincan çay içmək yetərlidir.
Etiketlər: diabet, şəkərinin, fıstığı, şəkərini, düşürtmə, şəkərli, xəstələrinin, Lobya, yanaşı, insulin, artırır, lobya, istifadə, gündə, miqdarını, olduğu, Darçın, yaxşı, biridir
BİZİ İZLƏYİN