• Balın şəfalı gücü

Reseptin məlumatları Baxış sayı: 15 432

Tarix : 3-01-2016, 21:00

Bölmə : Qidalanma qaydaları


Bal enerji və zülal mənbəyidir. Xüsusi ilə uşaqların istifadə etmələri vacib olan qidalardandır. Buyurun, balın faydaları.

Öskürək:
Xüsusi ilə yatağa uzananda başlayan quru öskürək üçün bal şərbəti içmək faydalıdır.

Qəbizlik:
İsti suyun içərisinə qatılaraq hazırlanan bal şərbəti qəbizliyi qısa vaxtda keçirir.

Qrip:
Bal limon və ya südlə içilərsə qripin sağalmasını sürətləndirir.

Qoruyucudur:
Balın antibakterial xüsisiyyəti olduğu üçün içərisində bakteriya, göbələk meydana gəlməz. Bəzi qidaları xarab olmadan balın içərisində saxlamaq mümkündür.

Mədəni qüvvətləndirir:
Balın tərkibindəki şəkərin qana keçməsi çox asan olduğuna və həzm prosesinə ehtiyaç olmadığına görə asanlıqla qana keçir və mədədəki artıqlıqları xaric edir.

Ağrı azaldıcıdır:
Balın xüsusi ilə buxarı ağrını bir neçə dəqiqə içərisində azaltmağa başlayır.

Göz üçün xeyirdir:
Gözün görmə qabiliyyətini artırır. Nar suyu ilə qarışdırılıb gözə sürmə kimi çəkildiyi təqdirdə gözün kəskin görüş qabiliyyətini artırır.

Qansızlığın qarşısını alır:
Qan yaradıcı xüsusiyyəti var. Bununla yanaşı xəstə yatağından yeni qalxmış insanların bədəninin güclənməsinə kömək edir.

Damarları açır:
Oksigen ilə reaksiyaya girib tam yanma meydana gətirdiyi üçün qanda daha az artıq maddə buraxır. Ürək əzələsini gücləndirici və rahatladıcı xüsusiyyətə malikdir.

Revmatizma:
Revmatizma zamanı xaricdən istifadə etmək xəstəliyi sağaldır.

Artıq çəki:
Bal tərkibindəki fermentlər sayəsində köklüyün qarşısını alır. Xüsusi ilə ilıq bal şərbətinin arıqladıcı xüsusiyyəti var. Allergiya: Allergiya zamanı istifadə
edilməsi müsbət nəticələr əldə edilməsinə səbəb olur.

Təbii diş məcunu:
Digər qidalardan fərqli olaraq bal dişləri və diş ətini təmizləyib parıldadır.
Dişləri və diş ətini mikroblardan qoruyur, ağızdakı yaraları müalicə edir.

Bəlğəm söküçüdür:
Bəlğəmi sökür, bədənin rütubətini azaldır.

Qarın ağrısı:
Bal şərbəti qarın ağrısını qısa müddətdə durdurur.

Vərəm:
Çiçək balı qızılgül ilə qarışdırıb səhər və axşam yeyilərsə, ağciyər yaralarına və vərəmə qarşı faydalı olar.

Sidik:
Sidikqovucudur. Sidik kanallarını təmizləyər, iltihabı qurudar.
Etiketlər: istifadə, Balın, içərisində, Xüsusi, şərbəti, artırır, Revmatizma, tərkibindəki, Allergiya, ətini, meydana, qarşısını, zamanı, qabiliyyətini, xüsusiyyəti, Sidik, balın, edilməsi, müsbət, reaksiyaya
BİZİ İZLƏYİN