• 30 yaşlarda doğru qidalanmaq

Reseptin məlumatları Baxış sayı: 14 919

Tarix : 6-06-2014, 11:19

Bölmə : Qidalanma qaydaları


30 yaşa yaxınlaşan xeyli çox qadın sağlamlığı üçün narahatlıq keçirməyə başlayır. Çünki 30 yaşından sonra necə qidalanmanız çox əhəmiyyətlidir. İrəlidə ortaya çıxa biləcək sümük əriməsi, əzələ kütləsində azalma kimi ciddi problemlərdən qaçınmaq üçün indidən doğru və sağlam qidalanmaq lazımdır.

Özünüzə vaxt ayırın
Əgər gündəlik həyatınız çox gərgindirsə və özünüzü min parçaya bölünmüş hiss edirsinizsə doğru qidalanmanı unutmanız çox normaldır. Hələl, günorta yeməyinə vaxt ayırmaq belə sizə gərəksiz gələ bilər, amma bundan illər sonra, sağlam qidalanmağa ayırdığınız hər vaxt üçün şükr edəcəksiniz.

Yaşıl smoothieləri sevin
Hazırlamaq üçün çox zaman istəməyən və son dərəcə sağlam olan yaşıl smoothilər sağlamlığınız üçün də əhəmiyyətli bir investisiyadırlar. İspanaq, kələm və pazı smoothielərinizə yüksək nisbətdə antioksid qatacaq.

Əhvalınızı pozmayın
Sağlam qidalanmaq həyat boyu əldə etməsi lazım olan bir vərdişdir. Bu səbəblə, arada bir ipin ucunu qaçırmaq əhvalınızı pozmasın. Əhəmiyyətli olan, o günün sonrasında da, sağlam qidalanmağa davam etməkdir.

Qidalanmanızı əvvəldən proqramlayın
O həftə nə yeməyinizi əvvəldən təyin etmək sağlam qidalanmanıza köməkçi olacaq. Hazırlaya biləcəyiniz yeməkləri əvvəldən, həftə sonunda, hazırlayın və həftə içi hazırlama deyərdi olmadan rahatca qəbul edin.

Sağlam qidalanma planınıza bütün ailənizi daxil edin
Sağlam qidalanma ailə tərəfindən hədəflənən bir məqsəd olduğunda çox daha asanlaşacaq. Beləcə hər kəs üçün ayrı yemək hazırlamaq məcburiyyətində qalmazsınız və ailə tərəfindən daha sağlam və xoşbəxt olarsınız.

Buzluğunuzdan faydalanın
Boş vaxtlarınızda yemək hazırlayıb buzluğa qoyun. Şorba, sous, küftə. Nəyi əvvəldən hazırladınızsa buzluğa qoyun. Yeməyinizi yemək istədiyiniz zaman buzluqdan endirib istilətməniz kafi olacaq.
Etiketlər: sağlam, əvvəldən, həftə, Sağlam, yemək, tərəfindən, qidalanmaq, qidalanmağa, qidalanma, olacaq, doğru, zaman, sonra, buzluğa, qoyun, qidalanmanıza, qaçırmaq, etmək, pozmasın, təyin
BİZİ İZLƏYİN