Dünyada hər keçən gün unlu, şəkərli, doymuş yağlarla zəngin qidaların, tərkibində şəkər və ya fruktoza olan içkilərin və fast food növlü qidaların istehlakının artması ilə bərabər artıq çəki və şəkərli diabet problemləri də artır.
Qlükoza səviyyəsinin çox aşağı olması təhlükəli bir vəziyyət yaradır. Çünki beyin yeganə enerji qaynağı kimi mütəmadi olaraq qlükozadan asılı olur. Qan şəkəri düşərkən göz qaralması, huşu itirmə, halsızlıq, baş gicəllənməsi və titrəmə kimi nəticələr ortaya çıxa bilir.
Hipoqlikemiya piylənmə və diabetlə eyni səviyyədə artır. Ümumiyyətlə, diabetin erkən dövrü olsa da, yalnız bu səbəblərdən ortaya çıxmır. Sıx iş tempi və həddindən artıq stress kifayət kalori və ya karbohidrat alınmadığı zaman və ya ağır məşq zamanı qan şəkəri müəyyən bir səviyyəyə çata bilmədiyindən də hipoqlisemiya özünü büruzə verir.
Birinci səhv: Bədəni ac buraxmaq, pay atlamaqVaxtında yemək yemədikdə və ya gecikdirildiyi zaman qanda şəkərin miqdarı azalmağa başlayır. Bunun nəticəsində də halsızlıq, başağrısı, titrəmə, tərləmə, diqqət dağınıqlığı kimi hallar özünü büruzə verməyə başlayır.
Yeməklərinizin arasında ən çox 3 saat fərq olsun. Aclıq hissinə görə deyil, saata görə bəslənin. Oyandıqdan etibarən müəyyən aralıqlarla 3 ana pay, 3 də ara pay edin və paylar arasının ən çox 3 saat olmasına diqqət yetirin. Günorta və axşam yeməyinizin arası çox çəkərsə, bir ara pay daha əlavə edin. Beləcə, insulin hormonu düzgün inkişaf halına salınır və qan şəkərinin sabit səviyyədə qalmasını təmin edir.
İkinci səhv: Şirniyyat və fast-foodla qidalanmaŞokolad, tort və fast-food tipli qidalardan uzaq durun. Çünki bu qidalarda olan sadə şəkər ilə yağ qan şəkərinin sürətli bir şəkildə yüksəlib daha sonra bir anda düşməsinə səbəb olur.
Sadə şəkər yerinə kompleks şəkərli qidalardan istifadə edin: sadə şəkər asan həzm edilir və sürətlə qana qarışır. İnsulin hormonunu artıraraq sürətlə qan şəkərini salır. Bunun əksinə, kompleks şəkərlərin həzmi uzun sürdüyü üçün qan şəkərini sürətlə yüksəltmir, qandakı şəkər səviyyəsinin sabit qalmasına kömək olur.
Qızartma yerinə soyutma, sobada hazırlanan yeməklər yeyin. Sadə şəkər (şokolad, şəkər, jelibon) yerinə kompleks şəkərli tam taxıllı çörək, yarma plovu, kəpəkli makaron, meyvə və zülallı məhsulları (süd, pendir, qatıq, ayran) seçin.
Üçüncü səhv: Çox aşağı kalorili şok pəhrizlərin tətbiqiÇox aşağı kalorili pəhriz planları başağrısı, baş gicəllənməsi və aclıq hissinəsəbəb ola bilir. Hipoqlikemik məqsəd - hipoqlikemik səbəbini təyin və müalicə etmək olmalıdır. Pəhrizlər yalnız başağrısı və yorğunluq yaradır.
Aşağı kalorili pəhrizləri əsla saxlamayın: pəhriz hər adam üçün xüsusidir. Buna görə də enerji, zülal, yağ və karbohidrat tarazlığı ehtiyacınıza görə bəslənmə planı bir mütəxəssis tərəfindən hazırlanmalıdır.
Dördüncü səhv: Acqarına məşq etməkMəşq qan şəkərini nizamlamaqda faydalıdır. Ancaq acqarına edildiyi zaman göz qaralması və baş gicəllənməsi meydana gələ bilir.
Məşqsən əvvəl sağlam qida qəbul edin: Məşqə getməzdən 45-60 dəqiqə əvvəl mütləq kəpəkli çörək, pendir, meyvə və ya süd, pəhriz biskviti, 10 fındıq kimi balanslı bir qida qəbul edin.
Beşinci səhv: Kofeinin miqdarına diqqət etməməkKofein qlükoza tarazlığını yenidən qurmağa kömək edir. Ancaq o, vəziyyətin pisləşməsinə də gətirib çıxara bilər.
Kofeindən məhdud miqdarda istifadə edin: Qəhvə, çay və şokoladlı içkilərdən də çəkinin və ya bunları məhdud sayda istehlak edin.
Etiketlər: şəkər, şəkərli, kalorili, pəhriz, sürətlə, bilir, aşağı, zaman, gicəllənməsi, şəkərini, kompleks, yerinə, diqqət, başağrısı, yalnız, qəbul, çörək, əvvəl, səviyyədə, kəpəkli