• Qidaların orqanizmə təsiri

Reseptin məlumatları Baxış sayı: 15 388

Tarix : 7-07-2014, 14:08

Bölmə : Qidalanma qaydaları


Çay, alma, qəhvə, brokkoli, şokolad, qara qarağat, pomidor, albalı, şaftalı, nar, portağal, qırmızı üzüm, gavalı, çiyələk, moruq, çörək və ya dənli kəpək, qırmızı soğan, ispanaq.

Meyvə-tərəvəzlərin hər mövsümdə yeyilməsi orqanizmin vitaminlərlə zənginləşməsinə və immunitetin möhkəmlənməsinə səbəb olur. Daha yaxşı olar ki, gündəlik rasionunuza təzə meyvə şirələrini daxil edəsiniz.
Qidaların orqanizmə təsiri
Unutmayın ki, meyvə-tərəvəz şirələrini təzə ikən içmək lazımdır, bəzi xanımlar lazım olandan çox miqdarda meyvə şirəsi hazırlayır, sonra gün ərzində həm özü, həm də ailə üzvləri vitaminləri yox olmuş o şirəni bəh-bəhlə içirlər. Bu yanlışdır. Unutmayın, şirə içiləcək qədər hazırlanmalıdır. Bəziləri isə şirə hazırlamağa ümumiyyətlə, tənbəllik edir. Sağlamlığımız naminə bu "tənbəllikdən" əl çəkməliyik.

Dərini yaşlandıran qidaların siyahısına diqqət edək:
Marqarin: Marqarindəki doymuş yağ turşuları bədən hüceyrələrinə zərər verir və orqanizmdə yağ kimi toplanır, nəticədə insanı kökəldir.
Qəhvə: İnsulin nisbətini artırdığı üçün orqanizmə ziyan verir. Bundan başqa, stres hormonu “hərəkətə keçir”.
Kök : Kök, banan, üzüm və manqo kimi meyvə və tərəvəzlər qanda şəkəri artırır.
Portağal: Hər nə qədər vitaminlə zəngin meyvə olsa da şəkəri qaldırır. Bu səbəbdən sağlam şəkildə C vitamini ala biləcəyimiz meyvələr alma və limondur.
Pizza: Pizzadakı karbohidrat yağları yandırmağa mane olur. Amma həftədə bir dəfə yemek zərər vermir.
Spirtli içkilər: Dərini yaşlandırır.
Şəkər: Şəkərli qidalar qana sürətlə qarışır və sizi tez qocaldır.
Qırmızı ət: Qırmızı ət (mal əti, qoyun əti və s. bu kimi ətlər) də cildə ziyan verir.
Qızartma: Qızartmalardan uzaq durun.
Ən əsası mövsümə uyğun olmayan meyvə-tərəvəzlərdən uzaq olmağınız məsləhətdir.
Etiketlər: meyvə, verir, orqanizmə, şirələrini, şəkəri, ziyan, zərər, Dərini, Qırmızı, qədər, Unutmayın, qırmızı, banan, keçir”, hormonu, stres, uyğun, manqo, tərəvəzlər
BİZİ İZLƏYİN