• Orqanizmə mütləq olan 7 mineral

Reseptin məlumatları Baxış sayı: 12 270

Tarix : 8-08-2016, 09:00

Bölmə : Qidalanma qaydaları


Orqanizmə gündəlik mütləq olan 7 mineral vardır. Gündəlik bu mineralların orqanizmə vacib olan miqdarı 100 milliqramdır. Bunlar hamısı beyin fəaliyyətini, dişlərin və sümüklərin möhkəmliyini, sinir sistemini saz vəziyyətdə saxlamaq üçün vacibdir.

Hər bir insan bu 7 mineralı tanımalıdır:

Kalsiy. Diş və sümük sağlamlığı üçün mütləqdir. Ürək döyüntüsünü tənzimləyir. Kalsiy tumda və yarpaqlı yaşıl tərəvəzlərdə vardır.

Fosfor. Fosfor, kalsiy kimi diş və sümük sağlamlığında böyük rol oynayır. Qalxanvari vəzilərə kömək edir, maddə mübadiləsini yaxşılaşdırır. Fosfor qırmızı ət və balıq kimi məhsullarda vardır.

Maqniy. Orqanizmdə baş verən 300-dən artıq biokimyəvi proseslərdə iştirak edir. İlk növbədə sinir sisteminin düzgün işləməsi üçün vacibdir. Qoz, yarpaqlı yaşıl tərəvəzlərdə vardır.

Natriy. Qan həcmini, qan təzyiqini normada saxlıyır və orqanizmdə su tarazlığını təmin edir. Natriy məhsullarda istilik emalı zamanı yaranır.

Xlor. Həzm zamanı və mədədə xlorid turşusunun yaranmasında lazım gəlir. Xlorid turşusu ziyanlı mədə bakteriyalarını məhv edir. Xlor təmiz şəkildə heç bir məhsulda olmur.

Kaliy. Kaliy,natriy kimi orqanizmdə su tarazlığına cavabdehdir. Kaliy təzyiqi aşağa salır, süd və ət məhsullarında, tərəvəz və meyvələrdə vardır.

Kükürd. Qığırdaq və digər toxumaların yaranmasında iştirak edir. Kükürd zülalla zəngin olan məhsullarda, ət, balıq və göbələkdə vardır.
Etiketlər: vardır, Fosfor, məhsullarda, Kaliy, orqanizmdə, balıq, yarpaqlı, sinir, vacibdir, zamanı, Kalsiy, tərəvəzlərdə, iştirak, yaşıl, sümük, Natriy, Kükürd, yaranmasında, turşusunun, mədədə
BİZİ İZLƏYİN