• Alkoqol haqqında yalanlar

Reseptin məlumatları Baxış sayı: 11 552

Tarix : 15-08-2016, 09:00

Bölmə : Qidalanma qaydaları


Alkoqol içkilər barəsində bir çox şeylər eşitmisiniz. Bu içkinin xeyirli olduğu barəsində danışırlarsa, siz bu nağıllara inanmayın.

Yuxu
Deyirlər alkoqol yuxu gətirir. Buna inanırsınız? Alkoqol yuxu fazalarını azaldır və üstəlik daim tualetə getmək istəyi, susuzluq və baş ağrıları tam yuxu yatmağınıza maneə törədir. Bu nağıla inanmayın.

Pivə vuraq?
Araqdan sonra pivə içdiyiniz üçün ürəyiniz bulanır? Siz elə fikirləşirsiniz, əslində spirtli içkilərin hansı ardıcılıqda içilməsi vacib deyil. Ürək bulantıları onların ardıcıl, tez bir zamanda qəbul edilməsindən irəli gəlir.

Qızdıracaq
Bir-iki qurtum konyak sizi soyuq havalarda qızdıracaq? Tam əksinə, spirtli içkilər ürək döyüntüsünü tezləşdirir və damarları genişləndirir. Nəticədə bədəniniz istilik itirir. Qızınmağın başqa yollarını axtarsanız yaxşıdır.

Beyin hüceyrələri
Alkoqolun beyin hüceyrələrini məhv etdiyini hələ də alimlər tərəfindən sübut olunmamışdır. Hətta qırmızı çaxırın qocalıqda yaddaş itkisinin qarşısının alınmasına kömək etdiyi sübut olunmuşdur.

Kofe və soyuq duş
Kofe və soyuq duş insanı ayıldır? Boş şeydi, inanmayın. Sizin beyninizi yalnız zaman ayıldacaq.

Yağlı qida
Fikirləşməyin ki, yağlı qida sizi sərxoş olmaqdan qoruyacaq. Ayılmaq üçün yaxşı olar ki, banan, yumurta, idman içkiləri və ya sadəcə adi su istifadə edəsiniz. Onların tərkibində olan vitamin B və sistein sizin orqanizminizi spirtli içkilərin toksinlərindən azad etməyə kömək edəcək.
Etiketlər: inanmayın, spirtli, soyuq, sübut, Alkoqol, kömək, içkilər, barəsində, içkilərin, qocalıqda, çaxırın, qırmızı, yaddaş, qarşısının, etdiyi, olunmuşdur, Hətta, alınmasına, insanı, itkisinin
BİZİ İZLƏYİN