• İftar vaxtı nə yeməlisiniz?

Reseptin məlumatları Baxış sayı: 13 001

Tarix : 10-08-2016, 09:00

Bölmə : Qidalanma qaydaları


Bu il ramazan ayı isti yay günlərinə təsadüf edir. İstilərdə 16 saat ac qalmaq bədəni zəif olanlara pis təsir edə bilər. Bunun qarşısını alıb, sağlam oruc tutmaq olar. İftarda və imsakda etməli və yeməli olduğunuz şeylər haqqında söz açacayıq.

Orucu mütləq şorba ilə açmalısınız, bu xeyirlidir. İftarda su az içilməli, əks halda mədəniz şişəcək və nəticədə iştahanız qaçacaq. Üstəlik iftarda çox su içmək kökəlməyə səbəb ola bilər. İftarda daha yüngül yemək istəyənlər üçün şorbanın yerinə ağ pendir və ya zeytun yeyə bilərlər.

İftarda mümkün olduğu qədər az yağlı yeməklər yemək lazımdır. Öz buxarında bişmiş və zeytun yağlı yeməklər sağlamlığınız üçün daha məsləhətlidir. İftar süfrələrində mütləq tərəvəz və qatıq olmalıdır. İftarda südlü şirnilər və meyvə də yeyə bilərsiniz. Lakin unutmayın ki, bunları yemək yedikdən iki saat sonra yeyə bilərsiniz, hətta meyvə orqanizminizi gücləndirəcək.

Bir məsləhətimiz də olacaq ki, iftardan sonra yürüşə çıxasınız. Yarımsaatlıq gəzinti sizi kökəlməkən və ağırlıqdan azad edəcək.
Etiketlər: İftarda, yemək, zeytun, sonra, mütləq, yeməklər, yağlı, meyvə, bilərsiniz, bilər, sağlamlığınız, bişmiş, buxarında, məsləhətlidir, lazımdır, süfrələrində, İftar, tərəvəz, kökəlməkən, mümkün
BİZİ İZLƏYİN