• GMO məhsullar nə deməkdir?

Reseptin məlumatları Baxış sayı: 2304

Tarix : 13.08.2016, 09:00

Bölmə : Qidalanma qaydaları


Gen mühəndisliyi metodları vasitəsi ilə genetik materialı dəyişilmiş orqanizm Genetik Modifikasiya Olunmuş orqanizm (GMO) adlanır.

GMO məhsullarının əldə edilməsi zamanı heyvan geninin bitkiyə və ya əksinə, bitki geninin bitkiyə və ya heyvan geninin heyvana köçürülməsi baş verir. Burada əsas məqsəd donor orqanizmlərdən arzu olunan əlamətləri idarə edən genlərin köçürülməsi və onların yeni sahib orqanizmdə sintez olunmasıdır. Gen köçürülməsi zamanı təkcə fərqli bitki növləri deyil, həmçinin heyvan orqanizmlərindən (balıq, əqrəb, siçan, müxtəlif həşəratlar və s.) ayrılmış genlər donor kimi istifadə olunur.

Genin köçürülməsi viruslar, agrobacterium və bir sıra digər metodlar vasitəsi ilə həyata keçirilir. Geni dəyişdirilmiş orqanizmlərdə yüksək məhsuldarlıq, uzun müddət öz formasını qoruyub saxlamaq, xüsusi aromatik iyə və dada malik olmaq, zərərvericilərə və əlverişsiz ətraf mühitə qarşı dözumlülüyün artırılması əsas məqsəddir.

Məsələn, şimal balıqlarının soyuğa davamlılıq xüsusiyyətini daşıyan gen pomidor və çiyələk bitkilərinə köçürülür. İlandan alınmış genin qarğıdalıya köçürülməsi ilə qarğıdalının ziyanvericilərə qarşı davamlılığı artır. Dünya əkin sahələrinin təqribən 25-30 faizində transgen toxumlar əkilir. Onlardan alınan məhsullar müxtəlif qida məhsullarının tərkibinə daxil edilirlər.

Dünyada yetişdirilən soyanın 80 faizi transgen yolla becərilir. Genetik modifikasiya olunmuş soyanın yağı və unundan kolbasa, şokolad, konfetlər, mayonez, bitki yağları istehsalında geniş istifadə edilir.

Biotexnologiyanın ən son nailiyyətlərinə əsaslanan bu məhsulların planetimizdə əhalinin ərzaq təhlükəsizliyində rolu danılmazdır. 3 milyarddan artıq əhalinin aclıqdan əziyyət çəkdiyi indiki dövrdə bu məhsulların nə dərəcədə vacib olduğu heç şübhə doğurmur. Genetik modifikasiya edilmiş orqanizmlərə ehtiyac nədən yaranmışdır? Keçən əsrin ortalarından başlayaraq aqrar sənayenin intensivləşdirilməsi bir sıra çətinliklərlə üzləşdi. Planetimizdə əhali artımının sürəti, insanların getdikcə artan tələbatı, yaşayış səviyyəsinin yüksəlməsi daha məhsuldar, ətraf mühit amillərinə, kimyəvi preparatlara davamlı yeni bitki sortlarının və heyvan növlərinin ətraf mühit amillərinə davamlılığı artdıqca onların məhsuldarlığı aşağı düşürdü. Odur ki, GMO-lara ehtiyac yarandı. Gen mühəndisliyi yolu ilə alınan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa malik olmaqla yanaşı, həm də quraqlığa, soyuğa, duza, pestisidlərə davamlıdır. Onların tərkibində bioloji məhsulların istənilən çeşiddə olmasını təmin etmək olur və eləcə də onları bu və ya digər fermentlərin istehsalçısına çevirmək mümkündür.

Bəs bu qədər geniş imkanlara malik olan GMO-ların təhlükəli olduğu hansı narahatlıqlardan yaranmışdır? Nə üçün onların zərərli olduğu haqqında fikirlər alimləri narahat etməyə başlamışdır? Bu narahatlıqların əsasında hansı faktlar və dəlillər durur?

Dünyanın məhşur bioloqlarından olan Dr. Pushpa Bhargava maraqlı bir araşdırma aparmışdır. O, Amerikanın 600-dən çox elmi-tibbi jurnalında nəşr olunan məqalələri analiz edərək belə bir nəticəyə gəlir ki, amerikalıların sağlamlığı GMO məhsulların və qidaların yaranmasından keçən dövr ərzində pisləşməyə doğru getmişdir. GMO orqanizmlərin təhlükəliliyi haqqında ilk həyəcan təbili çalanlardan biri Amerika alimi Nathan Batalion olmuşdur. O, bu məsələni ətraflı araşdıraraq GMO orqanizmlərin və onların məhsullarının 50 zərərli effekti haqqında kitab da yazmışdı. Onun sonda gəldiyi nəticələr dünya alimlərinin bu məsələ haqqında fikirlərinin ziddiyətli olmasına baxmayaraq, böyük maraq doğurmuşdur. GMO soyanın zərərli olduğunu siçanlarla apardığı ciddi elmi təcrübələrlə sübut etmiş Rusiya alimi İrina Yermakava 2005-ci ildə The National Association for Genetic Security-NAGS-ın təşkil etdiyi konfransda məruzə etmişdir. Onun məruzəsindən sonra bu məsələyə münasibət daha da dəyişmiş və dünyanın bir çox ölkələrində geniş elmi araşdırmalara stimul yaranmışdır.

GM edilmiş orqanizmlərlə əlaqədar bəzi mühüm təhlükəli effektlərə nəzər yetirək:
1.Ölüm hadisələri;
2. Öldürücü və yüksək allergiya reaksiyalarının müşahidə olunması;
3. Xərcəng və degenerativ xəstəliklər;
4. Bilavasitə xərcəng yaradan kanserogenlər;
5. Superviruslar;
6. Süd vasitəsilə antibiotik təhdid;
7. Bitkilər vasitəsilə antibiotik təhdid;
8. Yolxucu xəstəliklərin yüksəlişi;
9. Ərzaq allergiyalarının artması;
10. Doğuş defektləri və ömrün qısalması;
11. Toksinlər interyeri;
12. Qidalanmanın azalması;
13. Təbii ərzaqlara əks olan ərzaqlar;
14. Pəhrizdə radikal dəyişikliklər;
15. Torpağın zəhərlənməsi;
16. Super alaq otları;
17. Məməli heyvanların zəhərlənməsi;
18. Genetik zibillənmə;
19. İqtisadi, siyası və sosial təsirlər.

Dünyada əsas GMO bitkiləri:
1. Qarğıdalı;
2. Soya;
3. Pambıq;
4. Şəkər çuğunduru;
5. Raps;
6. Yonca;
7. Kartof;
8. Düyü;
9. Pomidor;
10. Tütün.

Əsas istehsalçı ölkələr:
1. ABŞ;
2. Braziliya;
3. Argentina;
4. Kanada;
5. Hindistan;
6. Çin;
7. Paragvay;
8. Cənubi Afrika;
9. Pakistan.

GMO istehsal edən ən məhşur şirkətlər:
1. Monsanto;
2. Bayer CropScience;
3. Syngenta Seeds;
4. Pioneer Hi-Bred International;
5. DOW AgroSciences LLC;
6. Agritope Inc;
7. Zeneca Seeds;
8. DuPont Canada Agricultral Products.

Etiketlər: köçürülməsi, haqqında, Genetik, bitki, heyvan, onların, məhsulların, geninin, soyanın, olduğu, geniş, yaranmışdır, yüksək, zərərli, ətraf, malik, məhsullarının, istifadə, vasitəsilə, transgen
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica