• Broyler toyuqlarındakı hormon yalanı

Reseptin məlumatları Baxış sayı: 11 359

Tarix : 14-08-2016, 09:00

Bölmə : Qidalanma qaydaları


Zülal tərkibi çox olan pəhriz istifadəçiləri üçün əvəzolunmaz toyuq əti haqqında çıxan şayələrdən sonra insanlar artıq bu məhsulları qorxaraq istifadə etməyə başlayıblar. Qida mutəxəssisi bu mövzuya aydınlıq gətirir.

Bu toyuqlar necə olur ki, qısa müddətdə daha böyük olurlar?
Hardasa 100 ilə yaxındır ki, bu sahə uzre mütəxəssislər qısa zamanda maksimum nəticə əldə etməkdən ötrü araşdırmalar aparırlar. Selective Breeding (Seçici artım) deyilən üsulla bu illər ərzində yavaş-yavaş çoxlu yol qət edilib və hal-hazırda qısa müddət ərzində ağır çəkili broyler toyuqlar əldə olunur.

Üstəlik fabrikada yetişdirilən toyuqların qidalanması xüsusi nəzarət altında olur. Günlük tələb olunan makroqidalarla təmin olunan toyuqlar, kənddə necə gəldi qidalanan toyuqlarla nisbətdə daha yaxşı inkişaf edirlər.

Selective Breeding (Seçici artım) nədir?
Deyək ki, fermer toyuq yetişdirir amma bu toyuqlardan bəziləri daha böyük, bəziləri isə daha az inkişaf edir. Hemin fermer götürüb çox inkişaf edən həm dişi, həm də ərkək toyuqları bir yerə yıgır. Nəticədə gələn dəfə toyuqlar ana və atalarından biraz daha böyük formada inkişaf edirlər. Belə belə illər keçdikcə daha yaxşı nəticələr əldə olunur.

Niyə hormon istifadə edilmir?
1. İlk olaraq əti yeyilən heyvanlarda hormonların istifadəsi FDA (Food Drug Adminstration) tərəfindən icazə verilmir.

2. Hormonları yemlərə qataraq nəticə almaq qeyri mümkündür. Protein tərkibli insulində olduğu kimi hormonlar ağız yoluyla qəbul edildikdə bədəndə amino turşularına çevrilib fərqli məqsədlər üçün istifadə olunur. Yeganə yolu bir-bir gündəlik hər toyuğa iynə vasitəsile vurulmasıdır.

3. Hormonlar yaxşı ki, yemlər qədər ucuz deyil və hər toyuğa 1 mg hormon vurulduğunu təxmin etsək gərək indiki toyuqların kilosu hardasa 20 manat olsun.

Buna görə də ürük rahatlığı ilə sözügədən broyler toyuqlarını gündəlik qida rasionunuzda istifadə edə bilərsiziniz.
Etiketlər: inkişaf, istifadə, toyuqlar, olunur, böyük, yaxşı, Seçici, toyuğa, gündəlik, nəticə, Selective, Breeding, artım, broyler, fermer, hormon, bəziləri, edirlər, olunan, yavaş
BİZİ İZLƏYİN