• Sağlam olmaq üçün həftədə bir dəfə...

Reseptin məlumatları Baxış sayı: 12 132

Tarix : 23-08-2016, 11:00

Bölmə : Qidalanma qaydaları


Müasir insanlar lazım olandan qat-qat çox qida qəbul edir. Alimlərin fikirinə görə, məhz bu bir çox xəstəliklərin əsas səbəbidir.

Bu xəstəliklər arasında - ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, bəzi xərçəng növləri, dayaq-hərəki sistemi xəstəlikləri və s. var. Qəbul etdiyimiz qidanın azalması, detoks-günlər bizi daha sağlam və gümrah edəcək, orqanizmin tonusunu qaldıracaq, orqanizmdə gedən bərpa prosesləri sürətləndirəcək.

Həftədə 1 dəfə detoks günü təyin edin. Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın və səhər acqarına qarışdırıb için. Gün ərzində yalnız çiy meyvə-tərəvəz yemək və bol su içmək lazımdır.

Meyvə və tərəvəzləri həddindən artıq yeməyin - bu köpə, qarın ağrılarına səbəb ola bilər.
Etiketlər: sistemi, detoks, xəstəlikləri, kəpəyi, isladın, qarışdırıb, acqarına, səhər, buğda, qaşığı, Həftədə, sürətləndirəcək, prosesləri, təyin, Axşamdan, xörək, stəkan, ərzində, meyvə, yeməyin
BİZİ İZLƏYİN