• Sağlam qidalanma ipucuları

Reseptin məlumatları Baxış sayı: 2123

Tarix : 25.08.2016, 11:00

Bölmə : Qidalanma qaydaları

Resepti göndərən : DADLI


Hamı sağlam qidalanmanın əhəmiyyətini bilir. Lakin əslində bunun mənası nədir və dəqiqliklə necə sağlam qidalanmaq haqqında bilməliyik?

Sağlam qidalanma – sağlamlıqla!
Bədəninizi daxildən və xaricdən mükəmməlləşdirməyin ən asan və ağıllı yolu sağlam qidalanmaqdır. Nail olmaq istədiyiniz hədəfdən asılı olmayaraq kiçik strategiyanız olmalıdır – amma narahatlığa əsas yoxdur. Əsasları bilərək ağlam ürək və incə belə malik olmaq üçün düzgün strategiya seçmək çox asan və təbiidir.

Hər bir qidanın Sizin üçün özəlliyi var – bədəninizin ehtiyacı olduğu vitaminlər və daha yaxşı fəaliyyətə malik olmağınız üçün qidalandırıcılar. Bəzi qidalar çəki atmağınıza, digərləri isə enerjili olmağınıza gətirib çıxarır. Sağlam qidalanma dünyası həqiqətən maraqlıdır. Sağlam həyat tərzindən gələn faydaları anlayanda heç zaman geri dönmək istəmirsən.

Uğurlarınızı qidalandırın
Sağlam qidalanma və düzgün yemək haqqında həqiqət ondadır ki, Siz uğura bağlısınız. Sağlam qidalar dünyasında yeni birisi və ya yeni nələrsə öyrənmək istəyən bir professional olmağınızdan asılı olmayaraq sağlam ipucular kolleksiyamızda maraqlı məlumatlar tapacaqsınız. Bəzilərini və ya hamısını gündəlik yemək vərdişlərinizə tətbiq edin və tez bir zamanda fərqi görün və hiss edin.

Hər bir kəs fərqli olduğu üçün sağlam pəhriz də hər bir kəs üçün fərqli olur. Bəziləri qeyri-sağlam qidalanma vərdişlərini bir gündə tərk edib onları sağlam qidalanma ilə asanlıqla əvəz edə bilir. Bəziləri üçün də sağlam qidalanma rejiminə keçmək üçün gündəlik pəhrizlərinə tədricən meyvə-tərəvəz əlavə etmək lazım gəlir.

Ən vacib olan sağlamlığı düşünməkdir və dərk etmək lazımdır ki, yediyiniz hər bir şey sizin özünüzü necə hiss etmənizə birbaşa təsir edir. Sağlam qidalanmanın təsiri özünü çox tez büruzə verir. Sağlam qidalanma ilə siz özünüzü daha az yorğun və daha gümrah hiss edəcəksiniz. Sadəcə olaraq sağlam qidalanma üçün bir cəhd edin!

Etiketlər: sağlam, qidalanma, Sağlam, etmək, olmayaraq, asılı, olmaq, malik, olduğu, gündəlik, yemək, qidalar, fərqli, Bəziləri, özünüzü, düzgün, bilir, qidalanmanın, haqqında, tətbiq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica