• DİQQƏT: Siz də hər an kral xəstəliyinə yoluxa bilərsiniz

Reseptin məlumatları Baxış sayı: 14 618

Tarix : 22-01-2017, 10:00

Bölmə : Qidalanma qaydaları


Tərkibi:
Araşdırmalar nəticəsində həddən çox ət yeməyin keçmişdə kralların daha çox yoluxduğu təhlükəli "qut" xəstəliyinə yol açdığı ortaya çıxıb.

Qut xəstəliyi əvvəllər krallar arasında daha geniş yayıldığından kral xəstəliyi kimi tanınır. Bu xəstəlik ani şiddətli ağrı, qızarma və həssaslıqla ortaya çıxır. Xəstəlikdən ən çox mənfi təsir görən ayağın baş barmağıdır.

Xəstəlik zamanı oynaqların üzərinə adi parça belə dəydikdə həmin insan şiddətli ağrı hiss edir. Oynaq ağrısı uzun müddət sakitləşməz. Buna görə ət, balıq məhsulları, içalat az yeyilməlidir.

Spirtli içkilər də qut xəstəliyinə yoluxma riskini artırır. Buna görə spirtli içki qəbulunu azaltmaq lazımdır.

Kral xəstəliyi kişilərdə daha çox rastlanır

Oynaqlarda baş verən ağrılar uzun müddət fasilələrlə davam etdiyi üçün bu, bir müddət sonra ciddi problemlərə səbəb olur. Kral xəstəliyi zamanı yüksək təzyiq, böyrək daşı problemi ilə qarşılaşıldığı üçün xəstə nəzarətdə saxlanmalıdır. Pəhrizlərə diqqət edilməli, sulu məhsullar yeyilməlidir.

Kral xəstəliyi kişilərdə daha şox müşahidə edilir. Lakin menopauza dövründən sonra qadınlarda da bu xəstəlikyə tutulma riski arta bilər.
Etiketlər: xəstəliyi, müddət, ortaya, kişilərdə, şiddətli, zamanı, xəstəliyinə, sonra, yeyilməlidir, davam, fasilələrlə, etdiyi, səbəb, problemlərə, ağrılar, ciddi, rastlanır, qəbulunu, spirtli, artırır
BİZİ İZLƏYİN