• Araq və pivə: həm kefləndirir, həm də...

Reseptin məlumatları Baxış sayı: 12 186

Tarix : 23-01-2017, 09:00

Bölmə : Qidalanma qaydaları


Həyat yoldaşınız dost məclislərindən, ziyafətlərdən evə içkili dönür?! Birgə getdiyiniz toy məclislərində içib keflənir?! Səhər isə baş ağrısından, əzvaylıqdan, yorğunluqdan şikayətlənir?! Özü içib əylənib, amma sizi artıq işə salır, əziyyətinizi artırır?!

Bütün bunların baiskarı kimi isə təkcə ərinizi yox, spirtli içkiləri də günahlandırırsınız. Əlinizdə imkanınız olsa, evdəki bütün içki şüşələrini atarsınız. Amma bir anlıq dayanın, yarımçıq qalmış pivə butulkasının sizə mütəq bir faydası toxunacaq. Bu yazını oxuyun və özünüz əmin olun.

Gözəllik salonuna getmədən pivə ilə saçlarınızı canlandıra bilərsiz. Bunun üçün başınızı yumazdan əvvəl 100 ml suya 3 yemək qaşığı pivə qarışdırın. Şampunla yuduqdan sonra saçlarınızı bu məhlulla yaxalayın. Nəticə sizi valeh edəcək.

Pivə nə qədər qaynatsaq da, yumşalmaq bilməyən ət məhsullarının da öhdəsindən gəlir. Bunun üçün bişirəcəyiniz ətin üstünə pivə töküb bişirməmişdən qabaq bir saat saxlayın. İstəsəniz onu gecədən soyuducuda da saxlaya bilərsiniz.

Üzərində daş-qaş olmayan qızıl zinət əşyalarını pivə ilə təmizləmək mümkündür. Yumşaq bezi götürüb pivə ilə isladın və zinət əşyasını təmizləyin. Əvvəlki parıltını geri qayıdacaq.

Çox zaman pivə butulkasında qalmış pivəni içən olmur. Bu cür hallar sizdə tez-tez olursa, o zaman o pivəni atmayın. Köhnə pivə ilə bir bezi isladıb mebelləriniz silin. Daha sonra isə qurulayın.

Elə böcəklər var ki, insanlar kimi pivə həvəskarıdırlar. İlbizlər belələrindəndir. Əgər evinizdəki ilbizlərdən canınızı qurtarmaq istəyirsizsə, “Babək” filmindəki kimi onlar üçün qonaqlıq təşkil edib tələyə salın. Kiçik bir qutunu kəsib içinə azacıq pivə tökün. Sonra evin bir küncünə qoyun. Əmin olun, onlar sizin hiylənizə tezcə aldanıb, pivəni içməyə gələcəklər.
Xalçalardan çay, ya da qəhvə ləkələrini təmizləmək mümkünsüz bir iş kimi görünə bilər. Narahatçılığa səbəb yoxdur. İçki bunun da öhdəsindən gələcək. Pivəni ləkənin üstünə töküb onu yaxşıca yedizdirdikdən sonra ləkə yox olacaq. Ləkələr yox olana qədər bu üsulu bir neçə dəfə təkrarlamaq olar.

Bir neçə damla araqla şüşə və ya qiymətli daşları təmizləyə bilərsiniz. Sizə çox qəribə gələ bilər, amma bez parçasını arağa batırıb eynəyinizin şüşələrini və ya almaz üzüyünüzü təmizləyə bilərsiniz. Ancaq bunu kontakt linzalar üçün etməyin. Kristal olmayan daşları da təmizləmək mümkündür. Bu metod yalnız almaz, zümrüd və buna bənzər daşlarda daha effektlidir.

Zərərli otlardan qurtulmaq üçün suçiləyənə 30 ml araq, bir az qabyuyan şampun və 400 ml su qarışdırın. Bunu otların üstünə püskürdün, yalnız günəşli yerlərdə etməyiniz məsləhətdir.

Araq təbii ki, mikrobarın da öhdəsindən gəlir. Təkrar istifadə edəcəyiniz diş fırçalarınızı, daraqlarınızı, ev heyvanlarınızın fırçalarını və mikrob götürə bilən hər bir əşyanı araqla təmizləyə bilərsiniz.
Etiketlər: bilərsiniz, sonra, üstünə, öhdəsindən, təmizləmək, təmizləyə, pivəni, araqla, Bunun, şüşələrini, saçlarınızı, daşları, qalmış, almaz, gəlir, mümkündür, zaman, onlar, zinət, olmayan
BİZİ İZLƏYİN