• Diqqət: ət yeyənlər bu xəstəliklərə yoluxa bilər

Reseptin məlumatları Baxış sayı: 11 426

Tarix : 26-01-2017, 19:00

Bölmə : Qidalanma qaydaları


Alış-veriş zamanı aldığınız qırmızı və ağ ətlərdə nələrə diqqət etmək lazımdır, bilirsinizmi? Xüsusən, tanımadığınız dükanlardan və hansı şəraitdə kəsildiyini bilmədiyiniz ətlər sağlamlığınız üçün ciddi təhlükələrə yol aça bilər.

Qırmızı ət alarkən…
Sağlamlıq baxımından təmiz olmayan ətlər yeyildikdə orqanizmdə bağırsaq parazitləri, vərəm, bakterial xəstəliklər, salmonella kimi ciddi problemlər yaradır.

Qırmız ət alarkən soyuducuda saxlanılıb-saxlanılmadığına diqqət edin. Xarab soyuducularda saxlanan ətlərdə bakteriya törəmə şansı yüksəkdir.

Farş alacaqsınızsa, iri ət tikələrindən çəkdirin. Əti çəkdirərkən, ət maşını üzərində əvvəl çəkilən ətdən tikə qalıb-qalmadığına diqqət edin. Aldığınız qiyməni soyuducuda ən azı 1 gün saxlamalısınız, tikələri isə 2-3 gün saxlaya bilərsiniz.

Aldığınız ətin tünd qırmızı olması, göyərməyə doğru getməməsi vacibdir.

Ağ ət alarkən...
Ağ ətlərin də qırmızı ətlər kimi soyuducuda saxlanılması vacibdir. Ağ ətin bu cür şəraitdə saxlanmadığını görsəniz, qətiyyən almayın.

Toyuq əti alarkən keyfiyyətinə etibar etdiyiniz markaya üstünlük verin.

Toyuq ətinin qutusu üzərindəki istehsal və saxlanma tarixi ilə tanış olun. Toyuğu 5-6 gün, sıfır dərəcə temperaturda saxlamalısınız.
Etiketlər: ətlər, alarkən, qırmızı, soyuducuda, diqqət, saxlamalısınız, ciddi, vacibdir, Toyuq, Aldığınız, şəraitdə, ətlərdə, maşını, olması, bilərsiniz, göyərməyə, doğru, çəkdirərkən, getməməsi, saxlaya
BİZİ İZLƏYİN