• Noxudu ləbləbi kimi yeyin - FAYDALARI

Reseptin məlumatları Baxış sayı: 19 971

Tarix : 26-01-2017, 09:00

Bölmə : Qidalanma qaydaları


Noxudun faydalarından xəbəriniz varmı? Demə noxud ləbləbi kimi yeyildiyində daha faydalı olur.

- Ən çox protein, sink, kalsium, maqnezium, dəmir minerallar ilə zəngin taxıl məhsuludur.
- Noxud dənələrinin xarici qatı ürək damar sağlamlığını qoruyan, xolesterolu azaldan və qan şəkərini tənzimləyən lifli qidalarla zəngindir. Özəlliklə ürək damar xəstəliyi olan və diabet xəstəliyindən əziyyət çəkənlər süfrələrindən noxudu əskik etməsinlər.
- Daxilində nişasta olsa da, xarici qatı lifli olduğundan nişastanın qana qarışmasını yavaşladaraq sağlam qidalanmaya kömək edir.
- Tərkibində doymamış yağ turşuları var.
- Xarici qatında həzm edilməyən lifli qidalar olduğundan natrium və dəmir qatılığı azdır.
- Düzgün şəkildə bişirilib, yetərli miqdarda isladılarsa, lifli qidaların təsiri yox olaraq dəmir və kalsium bağlayıcı təsirini itirir.
- B və E vitaminləri ilə zəngin olsa da, B12 ilə zəngin deyildir.
- Ləbləbi şəklində yeyilməlidir.
- Ətli, ya da ətsiz yeməklərdə bişirilə bilər.
- Digər taxıl məhsulları ilə bişirilərsə, yüksək proteinli olur.
- Bişirərkən otaq istisində 8 saat suda saxlanmalıdır. Əgər isti suda isladırsınızsa, o zaman bu müddət azalır.
- İsladarkən qabığı çıxdığından qaz yaratmaq təsiri azalır.
- Çox yüksək istilikdə uzun müddət bişirirsinizsə, protein itkisi ola bilər.
- Noxud bişirdiyiniz suyu atmayın. B qrup vitaminləri və mineral itkisinə səbəb olar.
Etiketlər: lifli, dəmir, zəngin, xarici, taxıl, damar, bilər, müddət, yüksək, olduğundan, vitaminləri, azalır, Noxud, kalsium, protein, təsiri, şəklində, Ləbləbi, şəkildə, yeyilməlidir
BİZİ İZLƏYİN