• Hansı ayda hansı meyvə yeyilməlidir? - SİYAHI

Reseptin məlumatları Baxış sayı: 12 499

Tarix : 25-01-2017, 19:00

Bölmə : Qidalanma qaydaları


Artıq yay meyvələrini qışda, qış meyvələrini yayda tapmaq mümkündür. Bəs yay aylarının meyvə-tərəvəzlərini qış aylarında yemək nə qədər doğrudur?

Hər meyvə-tərəvəzin öz fəslində yeyilməli olduğunu bildirir. Öz fəslində, öz iqlimində yetişən meyvə və tərəvəzlər daha faydalı olur. Süni istilik və hormonlarla yetişdirilən hansısa meyvənin keyfiyyəti öz iqlimində, təbii istilikdə yetişən meyvənin keyfiyyəti qədər olmur.

Bədənimizdə qış aylarından toplanmış toksinləri təmizləmək üçün yay fəslinin meyvə-tərəvəzləri köməyə yetir. Mütəxəssislər noxud, paxla, ispanaq , təzə lobya kimi tərəvəzlərin toksinlərin bədəndən sürətlə xaric edilməsinə kömək etdiyini bildirir.

May ayında çiyələk, badımcan, pomidor, soğan, ərik kimi meyvə-tərəvəzlə qidalanın.

İyun ayında təzə pomidor, təzə paxla, dolmalıq bibər, kahı yeyin.

İyul və avqust aylarında gilənar, qarpız, ərik, təzə sarımsaq, yemiş, üzüm, gilas, tut kimi məhsullara üstünlük verin.
Etiketlər: meyvə, aylarında, ayında, yetişən, qədər, iqlimində, meyvələrini, fəslində, paxla, pomidor, meyvənin, keyfiyyəti, bildirir, etdiyini, çiyələk, xaric, tərəvəzlərin, lobya, ispanaq, toksinlərin
BİZİ İZLƏYİN