• Səhərlər bunları yemək qadağandır! - SİYAHI

Reseptin məlumatları Baxış sayı: 11 842

Tarix : 25-01-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


İstər pəhriz, istərsə də sağlamlıq üçün səhərlər yeyilən bəzi qidalar zərərlidir.

Səhər yeməyinin sağlamlıq baxımından çox böyük əhəmiyyətinin olduğunu hər kəs bilir. Ancaq səhərlər faydalı olduğunu düşünüb yediyiniz bəzi qidalar xeyir yox, zərər verirmiş.

Səhərlər yeyilən bananlı qatıq və ya yoqurt ürək-damar narahatlığına səbəb olur. Həm də səhərlər ac qarına yeyilən qatıq bəzi faydalarını itirir. Qatığı yatmazdan əvvəl, ya da yeməklərdən 2 saat sonra yemək daha məsləhətlidir.

Ac qarına yeyilən portağal qastrit və allergik reaksiyalara səbəb ola bilər.

Xurma və pomidor ac qarına yeyilsə, mədəyə mənfi təsir göstərər.

Səhərlər ac qarına asitli içkilər içməkdən çəkinin. Bu zaman qan şəkərində ani artım baş verər və mədədə turşu səviyyəsi pozular.
Etiketlər: yeyilən, qarına, səhərlər, səbəb, qatıq, olduğunu, qidalar, sağlamlıq, Səhərlər, yeyilsə, Xurma, pomidor, bilər, allergik, məsləhətlidir, yemək, portağal, qastrit, mədəyə, reaksiyalara
BİZİ İZLƏYİN