• Bazarlardakı nübar məhsullar təhlükəlidirmi? - ARAŞDIRMA

Reseptin məlumatları Baxış sayı: 4490

Tarix : 24.01.2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Çiyələk, gavalı, alça, qarpız, yemiş və digər meyvə-tərəvəzlərin mövsümünə hələ çox qalsa da, artıq onlar paytaxt bazarlarını bəzəyib. Qiymətləri yetərincə baha olan bu məhsullar daha çox uşaqların diqqətini çəkir. Valideynlər isə çalışırlar ki, uşaqları nübar dadsın. Mövsümündən əvvəl yetişdirilən bu meyvə-tərəvəzlərdən istifadə düzgündürmü?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib ki, bazarlara çıxarılan nübar məhsullar yoxlanılmalı və təhlükəsizliyinə təminat verilməlidir. Əks halda, onlardan istifadə, xüsusilə azyaşlılar tərəfindən istifadəsi düzgün deyil: “Vitaminlə zənginliyi baxımından uşaqlara gündəlik olaraq meyvə və tərəvəz verilməlidir. Lakin, onlar mütləq təhlükəsizlik göstəricilərinə cavab verən məhsullar olmalıdır. Həddindən çox kimyəvi maddələrdən, nitrat və üzvü kübrələrdən istifadə edilərək, becərilmiş meyvə-tərəvəzlərin tərkibi yoxlanılmalıdır. Normalara cavab verən qidalardan istifadənin heç bir təhlükəsi yoxdur. Amma xiyar, pomidor, çiyələk və digər məhsulların tərkibi normalara cavab vermirsə, onlardan istifadə təhlükəlidir”.

İ.Abdullayev qeyd edib ki, tərəvəz və bitkiləri tez yetişdirmək üçün torpağa kimyəvi maddələr və müxtəlif cür gübrələr vurulur. Bu maddələr isə torpaq vasitəsilə biitkilərə keçir: “Ona görə də, həm torpaq, həm də orada bitən bitkilər nəzarətdə olmalıdır. Tərəvəzlər becərildikdən sonra elə tarladaca kənd təsərrüfatı orqanları tərəfindən yoxlanılmalıdır. Onlarda təhlükəsizlik göstəriciləri, tərkiblərində pestisitin, nitratın və digər üzvü gübrələrin qalıqları ölçülməldir. Məhsullar bundan sonra bazarlara buraxılmalıdır. Amma çox əfsuslar olsun ki, Azərbaycan bazarı bu gün çox qarışıq vəziyyətdədir. Bazara istənilən adam, istədiyi malı çıxara bilir. Bu, bir sistem halını almalıdır və məhsullar bazarlara tam nəzarət altında çıxarılmalıdır. Həm fərdi təsərrüfatlarda, həm də istixanalarda hazırlanan tərəvəzlərin, eləcə də bir azdan sezonu başlayacaq qarpız-yemişin birbaşa bazarlara çıxarılmasına yol verilməməlidir. Bu işə nəzarət sistemli şəkildə olmalıdır ki, bazarlara təhlükəli mallar düşməsin”.
Mövzu ilə bağlı Ailem.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov isə bildirib ki, bazarlarda satışa çıxarılan nübar meyvə-tərəvəzlər laboratoriyada yoxlanılır və normadan kənara çıxma halları aşkarlanmayıb: “Hazırda bazarlarda satışda olan pomidor-xiyar, açıq havada yox, istixanada yetişdirilən məhsullardır. Həmin məhsullardan nümunələr laboratoriyada yoxlanılıb, tərkibləri normadadır. Əməkdaşlarımız tərəfindən xaricdən gətirilən çiyələklərdən də nümunələr götürülərək, laboratoriyaya gətirilib və yoxlanılıb. Onların da tərkibində normalardan kənara çıxma halları aşkarlanmayıb”.

Y. İbrahimovun sözlərinə görə, gələn həftə Cəlilabad rayonundakı çiyələk sahələrində yetişdirilən çiyələklərin yoxlanılmasına başlanılacaq: “İstəyirik ki, bu məhsulu yerində, yəni sahədə yoxlayaq. Bundan sonra bazarlara çıxarılsın ki, satışda olduğu zaman problemlər yaranmasın”.

Laboratoriya rəhbəri mövsümdən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlərdən uşaqların və xəstə adamların yeməsini məsləhət görmür: “Ümumiyyətlə, çiyələk, qarpız, yemiş məhsulları nitratı sevən bitkilərdir. Ona görə də, nübar müyvələrin körpə uşaqlara verilməsi məsləhət deyil. Bu, mənim şəxsi fikrimdir. Yaxşı olardı ki, yığım başlayandan bir az sonra bu meyvələrdən istifadə edilsin. Çünki yığım başlayandan bir qədər sonra bitçilərə verilən kübrə artıq normallaşır və təbiət özü bu meyvələrin yetişdirilməsi üçün şərait yaradır.”

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova isə Ailem.az-a bildirib ki, bu il çiyələk və digər meyvə-tərəvəzlərdən zəhərlənmə halları ilə bağlı təcili yardıma heç bir müraciət daxil olmayıb: “Hələ mövsüm yeni başlayıb. Bəlkə də kimsə bu məhsullardan zəhərlənmə keçirib, amma bizə müraciət daxil olmayıb. Ötən il isə bu cür müraciətlər olmuşdu. Uşaqlar arasında çiyələkdən zəhərlənmələr var idi”.

Etiketlər: meyvə, bazarlara, istifadə, sonra, nübar, məhsullar, çiyələk, digər, cavab, tərəfindən, bildirib, qarpız, yetişdirilən, tərəvəzlərin, halları, tərəvəzlərdən, çıxarılan, olmalıdır, deyil, verilməlidir
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica