• Qarabaşaq yarmaların “şahıdır”

Reseptin məlumatları Baxış sayı: 3036

Tarix : 1.02.2017, 10:00

Bölmə : Qidalanma qaydaları


Qarabaşaq həm dadlı, həm də çox faydalı bir məhsuldur. Digər yarmalarla müqayisədə məhz qarabaşaq yarmasının tərkibində çoxlu miqdarda zülal vardır.
Karbohidratların az olmasına görə qarabaşaq pəhriz məhsulu sayılır və diabet xəstələrinə, arıqlamaq istəyənlərə və s. qrup insanlara uyğun gəlir.

Bundan əlavə qarabaşaq vitamin və mikroelementlərlə zəngindir. Bu yarmada olan fol turşusu ürək və damarları möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır. Bundan əlavə qarabaşaqda dəmir, kalsium, sink, fosfor, yod, mis və s. insan orqanizmi üçün çox vacib olan mikroelementlər vardır.

Qarabaşaq həmçinin B1, B2, B6, P vitaminləri ilə də zəngindir. Bu vitaminlər sinir və immun sisteminə çox müsbət təsir edir.

Digər yarmalar kimi qarabaşaq da sellüloz ilə zəngindir ki, mədə-bağırsaq sisteminin normal işləməsi üçün çox vacibdir, orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric edir.

Qarabaşaq xüsusən uşaqların qidalandırılmasında mühüm rol oynayır. Onun qəbulu uşaqların fiziki və əqli inkişafına çox müsbət təsir edir.

Yaşlı insanların rasionunda da qarabaşaq mütləq olmalıdır. O, ateroskleroz və hipertoniya, artrit və s. xəstəlikləri zamanı orqanizmə böyük kömək edir.

Qarabaşaq kiseli

Bu kisel həm mədə-bağırsaq, həm də ürək-damar sistemi üçün çox xeyirlidir.

Qarabaşaq yarmasını qəhvəüyüdən maşınında üyüdmək lazımdır. Sonra alınmış undan 3 stol qaşığı götürüb 300 ml soyuq suda qarışdırın və qaynara düşəndən sonra qarışdıra-qarışdıra bir neçə dəqiqə ərzində bişirin.

Etiketlər: Qarabaşaq, qarabaşaq, zəngindir, Bundan, bağırsaq, uşaqların, müsbət, vardır, Digər, qarışdıra, təsir, əlavə, insanların, inkişafına, Yaşlı, rasionunda, hipertoniya, artrit, ateroskleroz, olmalıdır
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica