• Şokolad, çay və giləmeyvə effektiv antidepressantlardır

Reseptin məlumatları Baxış sayı: 9874

Tarix : 8.02.2017, 15:00

Bölmə : Qidalanma qaydaları




Hamımız fikir vermişik ki, əhvalımız pis olduqda əlvan rəngli və şirəli giləmeyvələr, təravətli çay və şokolad bizə sevinc hissini qaytarmaq gücünə malikdir.
Bunun səbəbi yalnız təravətli qoxu və dadda deyil. Tori Payns (Florida) Universitetinin tədqiqatçıları bu məhsulların hal əhvalımıza niyə yaxşı təsir göstərdiyinə cavab tapıblar.
"Qida antidepressantları" sayılan çay, şokolad və giləmeyvələrin analizi göstərmişdir ki, bu məhsulların tərkibində olan maddələr, güclü depressiya dərmanlarının tərkibində olan maddələrə çox yaxındır. Buna misal olaraq, qaragilə, moruq, çiyələk, kakao və çayın müxtəlif növlərində müasir antidepressantların əsas tərkibi olan "valproev turşusuna" oxşar komponentlər vardır. Şokoladın isə tərkibində təbii kimyəvi birləşmələr olduğundan (onlar üzüm və qırmızı çaxırda da var) ürək və damarlara çox yaxşı təsiri göstərdiyi deyilir. Alimlər hələ psixiki xəstəlikləri bu məhsullarla müalicə etmək mümkündürmü sualına cavab almasalar da, bu məhsulların həm xeyirli, həm də əhvalınıza müsbət təsir göstərdiyinə əmin olaraq rasionunuzda tez tez istifadə etməniz məsləhət görülür. Yalnız həddi keçməyərək, çünki hər bir məhsulun xeyri olduğu kimi istifadəsi çox olduqda ziyanlı xüsusiyyətləri nin də olduğunu unutmayın.
Etiketlər: məhsulların, tərkibində, şokolad, təsir, cavab, olaraq, təravətli, göstərdiyinə, yaxşı, olduqda, göstərdiyi, təsiri, damarlara, çaxırda, deyilir, olduğunu, məhsullarla, xəstəlikləri, psixiki, qırmızı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN