• Bal haqda bilmədiklərimiz, Xalis balın ayırd edilməsi

Reseptin məlumatları Baxış sayı: 4371

Tarix : 17.11.2016, 19:00

Bölmə : Qidalanma qaydaları


Bal, arıların çiçəklərdən çəkdiyi B vitamini ilə zəngin, şirin qidadır. Balın arı şanı balı, şabalıd balı, pətək balı, şam balı, kəklik balı və s. növləri var. Ən keyfiyyətli bal saf və nisbətən qatı olan baldır.

Bu faydalı təam qlükoza, fruktoza, dəmir, kalsium, fosfat, natrium, xlor, kalium, maqnezium kimi minerallardan ibarətdir. Ayrıca B1, B2, B3, B5, B6 vitaminləri ilə olduqca zəngin qida qaynağıdır. Buna görə balın güclü antiseptik, antibakterial xüsusiyyəti vardır. Bu xüsusiyyəti sayəsində bir çox xəstəliklərin qarşısını alır. Bal çox güclü enerji qaynağıdır. Qida dəyəri yüksək olan bal, qan azlığından əziyyət çəkənlər üçün əla vasitədir. Bədəni və gözləri qüvvətləndirir, boğaz ağrıları və iltihablarda faydalıdır, mədə və bağırsaqlardakı yaralara xeyirlidir, əsəbləri sakitləşdirir.

Bal güclü ürək döyüntüsü və yüksək təzyiqdən qoruyur. Qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, damar sərtliyinə faydalıdır. Südə qarışdırılmış bal bağırsaqdakı parazitləri məhv edir. Bal yaraların tez sağalmasına kömək edir. İlıq su ilə qarışdırır, şərbət hazırlayaraq içilsə, bir neçə dəqiqədə qana qarışaraq bədənə enerji verir. Şərbəti ilə qarqara boğazı rahatlaşdırır. Qeyd edək ki, 1 yaşına kimi uşaqlara bal verilməsi məsləhət görülmür.

Bundan əlavə balın kosmetoloji faydaları da var. Təbii arı balı dərinin gözəlliyi üçün, əvəzsiz vasitədir: dərini nəmləndirir, yumşaldır və qidalandırır. Hazırda satışda baldan hazırlanmış, müxtəlif şampunlar, sabunlar, kremlər və digər kosmetoloji vasitələrə rast gəlmək olar.

Əziz oxucularımız, bal seçimində, xarlanan ballara daha çox üstünlük verməliyik. Balın yüz illərlə xarab olmadan qalmasının səbəbi xarlanmasıdır. Xarlanmış bal heç vaxt öz keyfiyyətini itirmir. Həmçinin, bu şirin qidanı alarkən, olduqca diqqətli davranmalıyıq. Mütləq etibar etdiyimiz, sınanmış mənbələri seçməliyik. Çünki, çox vaxt şəkər ilə düzəldilmiş və ya qatışdırılmış bal satan hiyləgərlərə aldanıb, yanlış seçim edirik. Təqdim etdiyimiz üsullarla aldığınız balın xalis olub-olmadığını asanlıqla yoxlaya biləcəksiniz.

Balı qaşıqla götürdükdən sonra, qaşığı çeviririk, bal qırılmırsa, deməli heç bir qatqısı yoxdur.
İkinci üsul isə balın qoxusuna görə ayırd edilməsidir. Məsələn şam balından mütləq şam ətiri gəlməlidir. Süni hazırlanmış balların isə heç bir qoxusu olmur.

Etiketlər: balın, güclü, vasitədir, etdiyimiz, hazırlanmış, faydalıdır, xüsusiyyəti, enerji, olduqca, zəngin, qaynağıdır, şirin, kosmetoloji, yüksək, Balın, səbəbi, xarab, xarlanmasıdır, olmadan, qalmasının
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica