• Dadından doymadığımız kartofun faydaları nələrdir?

Reseptin məlumatları Baxış sayı: 12 185

Tarix : 20-11-2016, 19:00

Bölmə : Qidalanma qaydaları


Kartof qida əhəmiyyətli,dərman xüsusiyyətli,texniki,bəzək və nektar təbiətli bitki sayılır.Kartofun kök yumrularının tərkibində insan orqanizmi üçün lazım olan zəngin bioloji aktiv maddələr var.

Kartofun mineral tərkibi çox zəngindir. Onun tərkibi xüsusən kalium duzları çoxdur-digər meyvə və tərəvəzlərdən 1,5-2 dəfə artıq. Bundan başqa kartof sümüklər üçün zəruri olan fosfor və kalsium ilə zəngindir.

Çiy təzə kartof şirəsi qiymətli dərman hesab olunur. O, xüsusən həzm sistemi xəstəlikləri-mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qastrit, qıcqırma, qəbizliyə meyllik zamanı yaxşı kömək edir. Onu bir ay ərzində, yeməkdən 20- 30 dəqiqə əvvəl yarım stəkan içmək tövsiyə olunur.

Kartof göz yorğunluğu üçün də faydalıdı.

Kartofdan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə etmək də müsbət nəticə verir.Belə ki,Yanğı hissi,qastrit,mədə xorası,hipertoniya üçün 2-3 ədəd kartofu yuyun,sürtkəcdən keçirin (qabığı ilə birgə),5-6 qatlı tənzifin arasına qoyub sıxın.Bu şirəni yeməkdən 30 dəqiqə qabaq 50 - 100 ml olmaqla gündə 3-4 dəfə qəbul edin.

Çiy kartof dermatologiyada müxtəlif dəri xəstəliklərin (ekzema, dermatit və s.) müalicəsində istifadə olunur. Problemli dəriyə qalın layla sürtgəcdən keçirilmiş çiy kartof qoyulur və üzərinə pambıq parça qoyulur. Belə kompresləri uzun müddət ərzində etmək olar. Dəri təmizlənəcək, daha sağlam görünəcək.

Ümumillikdə kartof dərinin vəziyyətini yaxşılaşdırır. Kartof maskası dərini elastik, hamar edir, xırda qırışları yox edir. Bu maska üçün kartof az miqdarda suda bişirilir, əzilir, 1 yumurtanın sarısı, 1/2 limonun şirəsi və 1 çay qaşığı bal əlavə olunur. Maska yaxşı qarışdırılır və ilıq vəziyyətdə təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.

Ən faydalı kartof qırmızı kartof sayılır.

Kartof qaranlıq yerdə saxlanılmalıdır. İşığın təsirindən kartof göyərir və cücərir. Belə kartofun tərkibində çoxlu miqdarda zəhərli maddə - solanin əmələ gəlir ki, bu maddə zəhərlənməyə səbəb ola bilər.

Mədəaltı vəzi ilə problemlər olan və şəkərli diabet xəstəliyinə meyilli olan insanlar kartofu daha az yeməlidir.
Etiketlər: kartof, olunur, Kartof, maddə, istifadə, maska, tərkibi, xəstəliklərin, müxtəlif, kartofu, xüsusən, zəngindir, şirəsi, qoyulur, yeməkdən, dəriyə, ərzində, dərman, yaxşı, dəqiqə
BİZİ İZLƏYİN