• Ketçup haqqında

Reseptin məlumatları Baxış sayı: 13 949

Tarix : 23-11-2016, 11:00

Bölmə : Qidalanma qaydaları


Ketçup – ən məşhur souslardan biridir. Ondan daha çox fri kartofu və kotletləri yeyərkən istifadə olunur, salatlara əlavə olunur və hətta onunla balıq da pörtlədilir.

Avropanı ketçupla ilk öncə 1700-cü ildə dənizçilər tanış ediblər. Onlar Malayziyadan duzlu balıq və ədviyyatlardan hazırlanmış ke-tsiap sousunu gətirdilər ki, bu sous çox populyarlıq qazanmadı. Lakin 1792-ci ildə ingilis aşpazı Riçard Briqqin balığı pomidorlara əvəz etməsi əsl dönüş oldu. Bu vaxt pomidor doğrudan da mistik məhsul sayılırdı. O vaxtdan ketçup məşhurlaşmağa başladı.

İllər boyu ketçupun resepturası daim dəyişməkdə davam edir. Onun tərkibinə sarımsaq, kərəviz, sirkə, duz, qarğıdalı nişastası, tomat pastası, acı istiot və s. kimi inqrediyentlər əlavə olunur.

Bu məhsulun keyfiyyətinin göstəricisi – onu qatılığıdır. Əsl ketçup yavaş-yavaş butulkanın divarları üzrə axmalıdır. Yeri gəlmişkən, yalnız 80-ci illərin ortalarında ketçupu plastik həcmlərdə istehsal etməyə başladılar ki, bu da onun son damcısına qədər çıxartmağa icazə verdi.

Qurmanlar iddia edirlər ki, hər bir markanın ketçupu dadına görə fərqlənə bilər. Bu pomidorların keyfiyyətindən asılıdır, onlar nə qədər çox günəşin altında qalırlarsa, ketçup o qədər daha şirin və dadlı olur.

Ketçupun rəngi nə qədər təbii olarsa, deməli onun tərkibində daha çox pomidor var. Əgər ketçupun rəngi qeyri-təbii parlaq rəngdədirsə, bu zaman ola bilsin ki, onun tərkibində boyaq maddələri olsun.
Etiketlər: qədər, olunur, ketçup, əlavə, pomidor, balıq, təbii, tərkibində, ketçupun, ketçupu, rəngi, yavaş, məhsulun, etməyə, istehsal, həcmlərdə, başladılar, damcısına, icazə, çıxartmağa
BİZİ İZLƏYİN