• Səhər yeməyi nə qədər vacibdir?

Reseptin məlumatları Baxış sayı: 8105

Tarix : 24.11.2016, 10:00

Bölmə : Qidalanma qaydaları




Səhər yeməyi insanı gün ərzində ona lazım olan enerji ilə təmin edir.
Həkimlər sübut edir ki, səhər yeməyi insanın iş qabiliyyətinin 30% artırır. Səhər yeməyi üçün ən uyğun vaxt - səhər saat 9-10 radələrində. Çalışın səhər yeməyindən 1 saat tez oyanasınız (iştaha daha gec "oyanır"). İştahanı "oyatmaq" üçün səhər yüngül gimnastika edin.

Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.
Amerika mütəxəssisləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.

Həmçinin, həkimlərin fikirinə görə, səhər yeməyi üçün müxtəlif sıyıqlar (qarabaşaq, düyü, yulaf yarması və s.) uyğundur. Sıyıqlar insanı uzun müddət ərzində tox saxlayır. Kiçik salat porsiyası, 1 tikə bişmiş ət və ya toyuq da səhər yeməyi üçün çox yaxşı seçimdir.

1 fincan çay və qəhvə içib evdən çıxan insanlara həkimlər xəbərdarlıq edir. Bu içkilər mədənin selikli qişasını qıcıqlandırır və bu da vaxt keçdikcə qastritin inkişafına səbəb ola bilər.

Səhər yeməyi arıqlamağa kömək edir.
İngiltərə dietoloqların fikirinə görə, səhər və axşam sıyıq yeyən insan 1 ay ərzində 2 kq arıqlaya bilər.

Mükəmməl bir səhər yeməyi üçün:
1 stəkan süd, 1 stəkan portağal suyu və ya sevilən meyvə suyu, açiq rəngdə çay yaşıl çay və ya istənilən bitki çayı da ola bilər. 1 kibrit qutusu qədər pendir, 1ədəd qaynadılmış yumurta, 4-5 ədəd zeytun, 1 x.q bal, bəhməz, mürəbbə, 2-3 dilim çörək ola bilər. Siyahadakıları yaş və sağlıq vəziyyətinə görə artırmaq olar.
Etiketlər: səhər, yeməyi, ərzində, bilər, Səhər, fikirinə, yumurta, insanı, stəkan, yaxşı, insan, yeyən, bişmiş, şəkildə, səbəb, inkişafına, qastritin, fincan, seçimdir, toyuq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN