• Pendir haqqında bunları bilirdinizmi?

Reseptin məlumatları Baxış sayı: 13 870

Tarix : 25-11-2016, 11:00

Bölmə : Qidalanma qaydaları


Pendirin 3 növü var: yumuşaq pendir, sərt pendir və kiçik sərt pendir.

Yumuşaq pendir adından da göründüyü kimi yumuşaqlığı ilə fərqlənir. Bu növ pendiri yaxmaq da olur. Amma, bu tək fərq deyil. Məsələn: Rokfor pendiri içi kifli olur və kəskin dadı, xüsusi qoxusu ilə fərqlənir. Bu pendirin tarixi bir neçə yüz il əvvələ Fransaya gedir.
Rokfor kifi 2/3-si buğda unu, 1/3 isə covdar unu olan xəmirdən hazırlanır. Bütün ərzaqlar 2-3 ay qalır. Yaxşı bir Rokfor pendirinin üstü açıq narıncı rəngli pərdə ilə örtülür, içi isə ağ və kif dəlikli olur. Bu pendiri digər pendirlərə nisbətən uzun müddət saxlamaq olur. Kəskin dadı sayəsində iştah oyadır. Buna görə də naharda və şam yeməyindən əvvəl istifadə etmək daha yaxşıdır.

Sərt pendir incə ətrə və şirintəhər tama malikdir. Bu növü səhər yeməyində, naharda və şam yeməyində istifadə etmək olar. Hətta 1,5 yaş uşaqlarada vermək olar. Ən məşhur növü İsveç pendiridir. İsveç pendirinin təxminən 450 növü vardır.
Əksəriyyəti inək südündən hazırlanr. Keçi və qoyun südündən nadir hallarda istifadə olunur. Bu pendirlər istehsal edildiyi yerin adına malik olurlar. İsveç pendiri XIX əsrdə Şərqi Purusiyanın Tilzit şəhərciyində istehsal olunmağa başlanmışıdr. Amma, istehsal İsvecrəli mühacirə aiddir.

Holland, Kostroma və başqa belə pendirlər sərt xırda pendirlərə aiddir. Onların fərqləndirici xüsusiyyəti yumuru, yaxud oval olması, dəlikləri, dadı və ətridir. Bu pendirlər yalnız səhər yeməyi üçündür və 2 yaşa kimi uşaqlara verilməsi məsləhət görülmür.
Pendir hamı üçün faydalı deyil. Dietoloqlar mədə xəstəlikləri zamanı kəskin dada malik olan pendirləri istifadə etməyi məsləhət görmürlər. Amma, pendirin faydaları daha çoxdur. Müntəzəm olaraq istifadə dəriyə, maddələr mübadiləsinə, boy artımına təsiri edir.
Pendirdən hazırlanan bir çox maskalarda var, hansı ki, dərini canlandırır və cavanlaşdırır. Bu maskalar hər növ dəriyə uyğundur. Maskalarda kəskin dadlı pendirlərdən istifadə olunmur.
Etiketlər: istifadə, pendir, pendiri, kəskin, İsveç, istehsal, Rokfor, pendirlər, məsləhət, pendirinin, naharda, yeməyində, aiddir, malik, südündən, dəriyə, səhər, etmək, pendirlərə, pendirin
BİZİ İZLƏYİN