• Yaşıl çay haqqında bilməli olduqlarımız

Reseptin məlumatları Baxış sayı: 10446

Tarix : 25.11.2016, 19:00

Bölmə : Qidalanma qaydaları




Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.
Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir ki, bunun nəticəsində insan orqanizmi intoksikasiya ilə uğurla mübarizə aparır. Bundan əlavə alimlərin fikirinə görə, yaşıl çay güclü mikrob əleyhinə təsirinə malikdir.
Yaşıl çay insanı daha fəal edir, insanın əqli və fiziki aktivliyini artırır, əhval-ruhiyyəsini qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayın axşam vaxtlarında qəbul etməyini məsləhət etmirlər. Bu sizin rahat və tez yuxuya getməyinizə mane olacaq. Əksinə isə səhər tezdən içdiyiniz bir fincan yaşıl çay sizi daha tez "oyadacaq" və əmək qabiliyyətinizi artıracaq.
Yaşıl çay yaxşı sidikqovucudur. Bu onu böyrək, sidik yolları və sidik kisəsi xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca xeyirli edir.
Yaşıl çay yaddaşı və diqqəti möhkəmləndirir, sinir sisteminə müsbət təsir edir, insana depressiyadan çıxmasına yardım edir.
Yaşıl çay bütün mədə-bağırsaq sistemi üçün çox xeyirlidir.
Yaşıl çay insanın ürək damar sisteminə də çox müsbət təsir edir - aterosklerozun əmələ gəlməsinin riskini azaldır, damar və kapilyarları möhkəmləndirir, onları elastik edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır. Yaşıl çay arterial təzyiqini aşağı salır və bu səbəbdən hipotoniyadan (arterial təzyiqin daim aşağı olması) əziyyət çəkən insanlar yaşıl çayı qəbul etməməlidirlər.
İltihab əleyhinə təsirinə malik olan yaşıl çay kariesin və damaqların iltihabının ən yaxşı profilaktikasıdır.
Nəzərinizə çatdıraq ki, yaşıl çayın bütün bu faydalı xüsusiyyətlərindən yalnız onu daim qəbul etdiyi halda faydalanmaq olur.
Yaşıl çay o cümlədən gözəl kosmetik vasitədir. Çay antiseptik xüsusiyyətlərinə malikdir və bu səbəbdən üz dərisində olan xoşagəlməz səpgilərlə mübarizədə kömək edə bilər. Çay dəriyə tonuslaşdırıcı təsir edir. Kosmetoloqlar çayı soyuducuda xırda kublar şəklində dondurmaq və daha sonra isə bu kublarla üzünü silmək məsləhət verirlər.
Yaşıl çay arıqlamağa da kömək edir.
Etiketlər: Yaşıl, yaşıl, insanın, yaxşı, qəbul, təsir, səbəbdən, arterial, aşağı, kömək, təsirinə, məsləhət, çayın, damar, sistemi, insan, bütün, müsbət, insanlar, müxtəlif
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN