• Xardalın müalicəvi xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 11 962

Tarix : 17-02-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Xardal və onun xeyirli xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.
Xardal toxumları (məhz onlardan ənənəvi xardal sousu istehsal olunur) efir yağları, vitaminlər (E, D, A, B), mikroelementlər (kalium, sink, dəmir, maqnezium, kalsium), polidoymamış turşular, fermentlər, qlikozidlər və s. xeyirli maddələrlə zəngindir. Xardalın bir çox xeyirli xüsusiyyətləri var. İlk növbədə xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir - iştahanı artırır, həzm prosesləri yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir, mübadilə prosesləri aktivləşdirir. Xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirinə malikdir. Bizim həzm sistemimizdə yaşayan əksər ziyanlı mikroorqanizmlər xardaldan "qorxur". Xardal mədə-bağırsaq sistemi üçün sanki təmizləyici vasitədir.
Təbii ki, yandırıcı təsir edən xardal sosundan süi-istifadə etmək olmaz ki, həzm sisteminin selikli qişaları yanmasın. Mədə-bağırsaq sistemində ciddi pozulmaları olan (xüsusilə xora xəstəliyi və s.) insanlar üçün xardalın qəbulu əks göstəriş sayılır. Bundan əlavə allergiyadan və vərəmdən əziyyət çəkən insanlar da xardalın qəbulundan çəkinməlidir.
Piylərin parçalanmasını sürətləndirən xardal artıq çəkini yığmağa mane olur.
Soyuqdəymə xəstəlikləri, öskürək, laringit zamanı orqanizmə qızdırıcı təsir edən və qan dövranı sürətləndirən xardalın qəbulu xüsusilə xeyirlidir. Uzunsürən güclü zökəm zamanı axşam yatmazdan əvvəl xardal əlavə edilmiş isti ayaq vannaları qəbul etmək çox xeyirlidir. Digər üsul - yatmazdan əvvəl corablara xardal tozu tökün, corabları geyinin və yatmağa gedin.
Bronxit, revmatizm, nevralgiya, radikulit, podaqra, nevrit zamanı xardal kağızları müalicəvi vasitə kimi geniş istifadə olunur.
Xardal kişilərdə potensiyanı artırır.
Xardalın qəbulu beyində qan dövaranı stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir.
Xardal yağlı dəri və yağlı saçlar üçün olan kosmetik maskalarda istifadə olunur.
Yağlı dəri üçün olan kosmetik maska belə hazırlanır: 1 çay qaşığı quru xardal tozu 1 xörək qaşığı su və 2 xörək qaşığı ilıq zeytun yağı ilə qarışdırılır və üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Həftədə 1 dəfə olmaqla bu maskadan istifadə etmək olar. (Əvvəl bu maskanı dərinin kişik hissəsinə çəkin, allergik reaksiya olmadıqda, bütün üz dərisinə çəkmək olar.)
Yağlı saçlar üçün olan maska: 2 stol qaşığı quru xardal, 2 stol qaşığı zeytun yağı, bir qədər şampun qarışdırılır və yumazdan əvvəl saçların köklərinə sürtün. 30 dəqiqədən sonra maskanı yumaq lazımdır.
Etiketlər: kağızlar, xardal, Xardal, istifadə, qaşığı, olunur, bağırsaq, əvvəl, xeyirlidir, maskanı, xardalın, zamanı, xeyirli, qəbulu, etmək, əlavə, Xardalın, sonra, Yağlı, sistemi, prosesləri
BİZİ İZLƏYİN