• Ballı nanə çayı əsəblərinizi sakitləşdirəcək

Reseptin məlumatları Baxış sayı: 11 015

Tarix : 21-02-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca çətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür.
Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə çayı əsəblərinizi tam sakitləşdirəcək.
Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda ballınanə bitkisinin faydalarını təqdim edir.
Ballınanə bitkisinə həm də limonotu, bədrənc, melisa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.
1. Sinir sisteminə olduqca müsbət təsir göstərir
2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir
4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir
5. Normal yuxunu təmin edir
6. Ödqovucudur
7. Həzmi asanlaşdırır
8. Ürəyin fəaliyyətini normallaşdırır
9. Orqanizmin immun sistemini gücləndirir
10. İştahanı yaxşılaşdırır
Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.
Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.
Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə bir fincan ballınanə çayı için. O gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə “oğul otu” deməyiblər.
Etiketlər: ballınanə, Ballınanə, Çünki, ərzində, qaşığı, istifadə, fincan, qurudulmuş, aşağı, əsəblərinizin, çayından, etmək, olduqca, sakit, Ürəyin, asanlaşdırır, Həzmi, təmin, Ödqovucudur
BİZİ İZLƏYİN