• Yaş dövrlərinə görə qadınlara lazım olan vitaminlər

Reseptin məlumatları Baxış sayı: 11 796

Tarix : 25-02-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Qadınların bütün həyatları boyunca qəbul etməsi lazım olan vitaminlər var ki, müəyyən yaş dövrlərində bu vitaminlər sağlamlıq üçün daha çox önəm daşıyır. Beləliklə…

20 yaş
Bu dövrdə balanslaşdırılmış və yetərli qidalanma ilə vücudun ehtiyac duyduğu vitamin və minerallar təmin edilə bilər. Ancaq yetkinlik dövründə yaşanan hormonal dəyişikliklər və dəri ilə bağlı problemlərin qarşısının alınması üçün A vitamininin qəbulu məsləhətdir.
Menstrual dövrdə yaşanan qan itkisi və diyetlər 20 yaşlı qadınlarda qansızlığa yol aça bilir. Bununla bağlı profilaktik tədbirlər kimi dəmir mənbəyi olan qırmızı ət və ispanaq, brokoli kimi tərəvəzlərə üstünlük verilməlidir.

30 yaş
Qadınların əsasən ana olmağa hazırlaşdığı bu dövrdə sağlam bir hamiləlik keçirmək üçün fol turşusuna üstünlük verilməsi böyük əhəmiyyət kəsb edir.
Hamiləlik dövründə kalsium mənbəyi olan D vitamini də qəbul edilməsi labüd olan vitaminlərdəndir. Süd və süd məhsullarında mövcud olan kalsiumu brokoli, kələm, balqabaq kimi tərəvəzlərdən də əldə etmək olar.

40 yaş
Bu yaşda vitaminə ola tələbat dəyişir və antioksidant xüsusiyyətinə malik olan C və E vitaminləri, eyni zamanda sümüklər üçün də kalsium dəstəyi hesab olunan D vitamini ən çox ehtiyac duyulan vitaminlər sırasına daxil olur.
Antioksidant vitaminlər qəlbinizin sağlamlığının qeydinə qalmaqla yanaşı həmçinin dərinizin yaşlanmasına qarşı da effektiv qoruyucu olacaqdır.

50 yaş
Bu yaş qrupundakı qadınlar 40 yaşlarında aldıqları vitaminlərə davam etməklə yanaşı E vitamininin qəbulunu da artırmalıdırlar. E vitamini dəriyə faydalı olduğu qədər vücudun ürək, sinir və immunitet sistemləri üçün də xeyirlidir. Vücudda iltihab, şişkinlik kimi problemlərin qarşısının alınmasında E vitamini yardımçı ola bilər.

60 yaş
Qadınlar bu dövrdə kalsium və D vitamini səviyyəsini artıran vitaminlərə daha çox ehtiyac duyur. Eyni zamanda sink və B12 vitaminləri də bu dövrdə sağlamlıq böyük əhəmiyyət kəsb edir.
Yetkinlərin 40 faizində B12 vitamini çatışmazlığı olduğu halda 65 yaşından yuxarı qadınların 20 faizində B12 çatışmazlığı mövcuddur. B vitaminini ət, süd və yumurtadan əldə etmək mümkündür.
Etiketlər: vitamini, dövrdə, vitaminlər, kalsium, ehtiyac, böyük, yaşanan, dövründə, bağlı, əhəmiyyət, qarşısının, vitaminlərə, brokoli, mənbəyi, üstünlük, olduğu, vitamininin, yanaşı, problemlərin, bilər
BİZİ İZLƏYİN